Facebookda tanımadığım şəxsi necə tapa bilərəm?

Hər kəsə salam. Facebook profilinə görə həmin şəxsi tapmaq olar? Yəni kimdir? Harada yaşayır? Hansı qurğudan profilinə girir və s. Əgər həmin şəxsi məhkəməyə versəm tapa bilərlər? Yoxsa bu mümkün deyil? Xahiş edirəm bu haqda məlumat verərdiz.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Anar96 (2016-01-17 20:16:48)
Hə çox sağolun. Elə məhkəmə yəni polisə ümumi halda desək aidiyyatı qurumlara nəzərdə tutmuşam. Ciddi deyəndəki bir nəfər imtahan sualların oğurlayıb facebookda paylaşıb. Müəllim də həmin şəxsi tapmaq istəyir. İmtahan suallarını da müəllimin özündən savayı heç kim görməməli idi. Əks təqdirdə suallar yenidən hazırlanmalıdırki bu da mümkünsüzə bərabərdir.

Software Developer (2016-01-17 10:02:20)
Normal yolla heç cür. Əgər cinayət tərkibli əməli varsa, polisə şikayət edə bilərsiz, onlar məşğul olsun, lazım gəlsə facebook-a sorğu göndərsin(ciddi cinayət təhlükəsi filan olanda göndərirlər rəsmi sorğu, onlar da kimliyini, harda yerləşdiyini və.s. polisə cavabla deyirlər). Yəni məhkəmə yox, polis məşğul ola bilər bu işlə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

kompüterdə facebook açılmır

Domen (.lan) a salınmış kompyuterdə internet qadağası

Fb səhifədə block listi

Facebook e mail parolumu bərpa etmək

Facebook-da profilə tətbiqetmə düyməsi yerləşdirmək

Face, ok.ru Şəkil qoya bilmirəm