Komp Qızıb Sönür

Salam Dostlar dostumun kompu bezi oyunlari oynayarken qizib sonur bu oyunları: MC(MineCraft), MTA(Multi Theft Auto) Oynayarken Qızıb Sönür Ama Cs(Counter Strike 1.6) vs Oynayarkense sönmür. en coxsa dostum MC, MTA Sevir

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Asif Məmmədov (2016-01-25 13:28:46)
O əsasən Kullerin işləməməsi və ya yaxşı işləməməsi səbəbindən birdə çoxluca toz yığdığından olur.Termopasta onlar hamısı boş şeylərdir.Kullerinə yəni içəridə fırlanan pərlər olur ona baxın birdə yaxşı təmizləyin.

Kamran (2016-01-17 22:35:07)
Məndə də eyni problem var idi. Kompyuteri hər il profilaktika üçün təmizlətmək lazımdır. xərci 25-30 manat olur adətən, əgər ciddi xəsarət almayıbsa. Qızıb sönməsi termopastanın quruması ya da azalması kimi bilərəm mən. Termopasta alıb özünüzdə əlavə edə bilərsiniz amma məsləhət GÖRMÜRƏM.

Bextiyar Azeroglu (2016-01-16 13:24:35)
Counter Strike 1.6 yüngül oyundur, komp-u çox gücə salmır. O biri oyunlar isə ağırdır. qida blokunun gücü azdır sistemi yaxşı soyuda bilmir deyə komp-da qızıb b sönür.