Plastik kart

Salam.Mən Türkiyədə yaşayıram Azərbaycan bankından ozumə plastik kart açdırmaq istəyirəm,Sadəcə 2 secim arasinda qalmişam hesabi manatla yoxsa dollarla acdirim? Manatla açdirsam hesabi pulu cixardanda manat dollara dollarda Lirəye cevrilir faiz cox tutur,Dollarla acdirsam isə dollar tapmaq çətin olur bakida tapsanda baha alirsan sizcə hansi daha məsləhətlidi? 2 ci sualim ise Əgər manatla hesab acdirsam manat dollara cevrilərkən rəsmi məzənnə ile cevriləcək? Tesekkurler..

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Software Developer (2016-01-19 08:56:06)
Bu günə olan kurs 1.60 azn-dir. Deməli azn kart ilə 100$-lıq mal alsanız malın qiyməti azn-lə olacaq 100*160+0.04*100*160(komissiya)=166 manat 40 qəpik. Yol və poçt pulu isə təbii ki ayrı şeylərdir, yol pulu da eyni qaydada hesablayırsız, poçt pulu isə əvvəlki kimidir, çünki o azn ilədir.

Bextiyar Azeroglu (2016-01-19 00:10:54)
bu o deməkdirki online nəsə alsaq 100$ lıq mal bizə 170azn< başa gələcək və əlavə yol və poçt pulu ?

Software Developer (2016-01-17 10:09:30)
İndi banklardakə konvertasiya vəziyyəti çox qarışıqdır təəssüf. Əvvəl hər şey stabil idi: manardan dollara konvertasiya 0.5-0.6% gedirdi, başqa heç bir itki olmurdu. Yəni 100$ ödəyirdizsə və dollar 1.57 azn idisə, cəmi 157 manat 12 qəpik ödəyirdiz. Yəni itkiniz cəmi 12 qəpik olurdu. İndi isə bu son hadisələrdən sonra yeni ildən başlayaraq banklar hər biri dəyişib bu faizləri. Əksər banklarda 0.5% qalxıb olub 4%, bəzilərində hətta 8%. Əksərində 4%-dir. İndi məsələn 1.57-dirsə dollar və 100$ ödəyirsizsə manat kartla, indi belə çıxır. (100+4)*1.57=163 manat 28 qəpik. İtkiniz olur 6 manat 28 qəpik. Məzənnə isə rəsmi kurs götürülür bəli, əvvəl də, indi də. Sadəcə indi 4% komissiya olduğundan, bu elə o deməkdir ki, rəsmi kurs yox, bankın kursu ilə ödəyirsiz faktiki. Seçimə gəldikdə. Əgər dollarınız olacaqsa karta qoymağa(manatla dollar karta pul qoymaqdan imtina edirlər hazırda, məlum), o halda əlbəttə ki dollar kartı açmalısız. Yox olmayacaqsa, pulunuz daim manatla olursa, o halda seçiminiz də yoxdur heç, məcburən manat kart seçmək lazım.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Nikoil bank

Debet kartı haqqında

kapital bankdan rekvizitləri və Adsense

Plastik kartlar yaş həddi

Plastik kartın vaxtı bitib

Yolda Dollar Xırdalasam Tutarlarmı?