Krosnu kanalları

Salam , krosnuda kanallar göstərmir.Ümumiyyətlə siqnal yoxdu heç birində nədən ol bilər ? -Neosat sx 1600 plus -təşəkkürlər !

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Kenan049 (2016-01-22 12:17:53)
1. Çanaq(tarelka) üzərində olan qəbul edici LNB xarab ola bilər. Bəzən kabel bağlanan hissəsində bağlantı nöqtəsindən sınır və yağış qar sonrasında bu cür problemlər meydana gəlir. 2. Əgər diseq (ayırıcı,traynik) varsa aparatı bir başa LNB `yə bağlayaraq yoxlaya bilərsiniz. 3.Kabel qaz borusunun yaxınlığından keçirsə ərimiş ola bilər.Kabelin çöl hissəsində olan naqil ilə içəridə gedən naqili kontrol edin. Adətən qış aylarında kabel qaz borularının yanından keçərkən əriyir və iki naqil biri-birinə təmas edir. 4.Aparat uzun müddət ayrılmadan elektirik mənbəsinə qoşulu qalıbsa aparat xarab ola bilər. 5.Aparatın menyusunda Peyk(Sputnik) ayarlarının dəyişdirilmiş olmasından meydana gələ bilər. Əvvəlcə aparatı yoxlayın. Əgər aparat işləyirsə yuxarıda yazdıqlarımı yoxlayın.Uğurlar.

NONANE (2016-01-22 00:34:16)
Sebeb coxdur - Firlanib , diseq yanib , apparat xarab olub

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

krosnu kanallari haqqinda

Krosnu aparatı açılmır

Euromax

Krosnu kanalları qarışır

krosnu şifrəsi

Krosnu biss