Bakıda harda işlənmiş ucuz kompyuter detalları tapmaq olar?

Salam. bakıda haradan işlənmiş ucuz kompyuter detalları tapmaq olar? Baraxolka yeri bilən varmı?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Bextiyar Azeroglu (2016-01-23 23:05:39)
düzü "baraxolka" sözünün mənasını bilmirəm) amma Sizə işlənmiş komp hissələri lazmdırsa elan saytlarında çoxlu şəxsi elanlar olur kimsə evdəki köhnə kompunu söküb satır. yada fb da qruplarda elan verməklə tapa bilərsiz düşünürəm.

Maraqli.info (2016-01-23 13:12:09)
Hər yerdə olduğu kimi tap.az saytında da sövdələşmək olar. Əgər ucuz yer axtarırsınızsa ən gözəl yer ebay-dır. Uğurlar

Kenan049 (2016-01-23 01:28:47)
Salam. Yazınız üçün sağolun amma mən elan saytı soruşmadım işlənmiş və ucuz detallar tapa biləcəyim baraxolka soruşdum. Mənə həqiqətən maraqlıdır Tap.az saytında siz ucuz nə isə almısınız bu saytı məsləhət görürsünüz?

Kenan049 (2016-01-23 01:26:38)
Salam yazınız üçün təşəkkürlər. Göstərdiyiniz elanın yaxından uzaqdan əlaqəsi yoxdur mənim istədiyim baraxolkanın Bakıda harada yerləşməsini öyrənməkdir. Elan saytlarına qalanda alverçilər nə isə almağa imkan vermirlər.

Maraqli.info (2016-01-22 18:56:12)
tap.az-da baxmaq olar işlənmiş kompüterlər varsa

Bextiyar Azeroglu (2016-01-22 15:09:04)
konkret yer deyə bilmərəm ama bu elan təxmini siz axtaran şeyə aiddir. http://h2h.az/h2h-view-i1253862.html