Eticarətdə vergi nə qədərdir?

Salam,mən bilmək istərdim ki,online satış saytlarından,instaqramdan satılan mallara vergi tutulurmu, tutulursa nə qədərdir?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Software Developer (2016-01-24 19:00:50)
Sizin sual buna aid deyildi axı. Ki necə almaq olar. Sadəcə soruşdunuz ki bu proses necə olur. Qaiməni almaq isə sonrakı işdir. Öncə bu işlə məşğul olmağa icazə verən VÖEN-iniz olmalıdır. Vergilər nazirliyinə müraciət edərək ala bilərsiniz. (e-taxes.gov.az) Qaimə-ni isə elə vergilər nazirliyindən soruşsaz izah edərlər haradan almaq lazımdır.(xüsusi mətbəələrdə satılır)

Sahmur Xelilov (2016-01-23 18:49:33)
Cox sağolun cavabınız üçün amma qaiməni nece alacağam onu başa düşə bilmədim.İzzah edərsəniz sevinərəm.

Software Developer (2016-01-22 18:07:10)
Bu kiçik ticarət olduğundan sadələşdirilmiş vergiyə aid edilir. Bunun da vergisi 4%-dir. Bəzi şəxslər də məhz belə edir. Qaimə alırlar mətbəədən. Qapıda malı təslim edəndə yazıb verirlər və bununla də sənədləşmiş olur hər şey. Amma əksəriyyət qanundan bixəbər olduğundan vergi filan vermədən məşğul olur bu işlə, küçə alveri kimi bir şey. Təbii ki, elə şəxslər hər an məsuliyyətə cəlb edilə bilərlər gələcəkdə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

sayt dizaynı sənəti

WordPressin başqa sayta köçürülməsi

Saytım Google-də tapIlmır, niyə?

WordPress.org-dan necə sayt qurulur?

Online ödəmə sistemi və s. qurmaq üçün kimlə işləməliyəm?

Processing time,Sifariş,Aliexpress