Mal gömrükdə saxlanılıb

Salam.iki ay olar telefon sifariş vermişəm gəlib cıxmayıb bugün öyrendimki gömrükdədir.Kim bilir indi onu oradan götürəndə nə qədər pul ödəməliyəm birdəki 28 maydaki 9 mərtəbəli gömrük binası hardadır telefonu var bütün bu barədə cavab yazın.sagolun

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Software Developer (2016-01-26 12:56:40)
1. Gömrükdə saxlandığını necə bildiniz? 2. 195 xidmətinə zəng edib gömrüyü seçərək soruşa bilərsiz haradan götürmək olar. 3. Əgər 1000$-dan ucuz telefondursa iki ay əvvəl paralel çoxlu telefon almamısınızsa o halda heç bir ödəməli deyilsiz. Pulu o şəxslər ödəyir ki, çoxlu gətirsin və onun satıcı olmağından şübhələnmiş olsunlar. O halda malı gətirən üçdə biri qədər ödəməlidir. Yəni telefon 150 manatdırsa, 50 manat da ödəməlidir. 4. Bu aralar telefon saxlamırlar axı, kim alırsa rahat gəlir çıxır. Maraqlıdır sizdə niyə saxlayıblar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Motosiklet hissələri hardan tapa bilərəm

Alibabadan alışveriş

Gömrük Rüsumları

Onlayn məhsul alışı zamanı ödənişlər.

poçt indeks

Alış-veriş kartı