c# ilə c++ arasındakı fərq nədir?

Salamlar. Bu yaxınlarda proqramlaşdırma kurslarına getmək istəyirəm... Amma 3 seçim arasında qalmışam. 1. Java 2. C++ 3. C# Bunlardan hansına Azərbaycanda təlabat daha çoxdur? Bunlardan hansına xaricdə təlabat daha çoxdur?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

ahmed (2016-01-29 08:54:51)
Əgər C++ -u yaxşı bilsəniz onda sərbəst Javanı da örgənə bilərsiniz, C# -da. Azərbaycanda iş C++ -a nisbətən C# və Java -da daha çoxdur. Bunların hamısı yeni başlayan üçün çətin dillərdir, gərək yaxşı müəllim tapasınız, yada başqa dildən başlayasınız əgər ümumiyyətlə proqramlaşdırma təcrübəniz yoxdursa. Bunların içində C# nisbətən asandır. Amma üstünlüyü (yazılmamış proqramlaşdırma qanunlarına görə) C++ -a verirəm. Çünki gələcəkdə ola bilsin nə vaxtsa Linuxla işləməli olsanız C dilinin hakim olduğu bir mühitdə ona ən yaxın olan C++ biliyiniz sizə çox kömək eliyər, şəxsi təcrübəmdən. Həm də C#, Java, PHP proqramçıları mənnən inciməsin, göstərici ilə az da olsa iş təcrübəsi olmayan proqramçıda, nə qədər də güclü səviyyədə alqoritmi bilsə , yenə də az da olsa çatışmamazlıq qalır. Çünki göstəricilər yaddaşla əlaqəli vasitədir. Düzdür istifadəçi proqramçıdan kompüter & sistem arxitekturasını bilmək tələb olunmasa da (sistemin bütün imkanları sistem proqramçıların yaratdığı hazır kitabxana funksiyaları şəklində onların istifadəsinə təqdim olunur) biraz məlumat olmalıdır, ən azından yaddaş və ünvan barəsində.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

C-də argc, argv

Point Blank Russia Rubl yuklenmir

Universitetlərdə proqramlaşdırma

Java və Sqlite library

GlassFish Kömək

Bakıda hansı keyfiyyətli proqramistlik kursu var?