Hard diski oxumur

Salam. Belə bir sualla Sizləri narahat edirəm. Mənim hard diskim öz komputerimdə açılır. Ancaq yeni format olunmuş komputerə daxil edirəm göy ekran gəlir sönür.Hard diski ayırıram normal qaydada açılır.Hard diskim xarici yaddaş qurğusudur. Bu hard diskin içərsindən məlumatların bəzilərini bu yeni komputerə yükləmək istəyirəm. Mən öz komputerimə bunu qoşdum və burdan istədiyim məlumatları fləşkarta yüklədim və bu fləş vasitəsilə heç bir problem yaşamadan yeni komputerə yüklədim.Deməli fləşkartı oxudu.Yəqin mənim komputerimdə bunun açılmasına icazə verilib.Yeni komputerdə verilməyib.Mənim fikrimcə bu mənim hard diskimin içərisindəki əməliyyat sistemlərinin problemləri ola bilər.Ancaq öz komputerim hard diski oxuduğu halda yeni komputer oxumur.Xahiş edirəm köməklik göstərəsiniz. Əvvəlcədən təşəkkürümü bildirirəm.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Sahin (2016-01-28 18:39:56)
Ahmed hard disk problemi ola bilməz məncə.Çünki mən işləyən notebook-da(SAMSUNG R528/R728) bir usb yerinə hard diski digərinə fləşkartı daxil edib məlumatı hard diskdən fləşkarta yükləyirəm və hard disk işləməyən komputerdə yəni(Ноутбук HP - 15-r198nr) fləşi taxıram normal qaydada işlədi.Ancaq hard diski oxumur. Əvvəlcədən təşəkkürümü bildirirəm Ahmed.

ahmed (2016-01-28 17:56:57)
Zəhmət olmasa hər iki kompüterin parametrlərin daxil edin, işləyəndə və işləməyəndə. Əsas əməliyyatlar sistemi bir də notebookdusa - modeli. HDD -nin də modelini daxil etsəz yaxşı olar. İnternetdə maraqlandım, yönlü bir həll demillər. Ya deyillər HDD -də problem var, ya da kompüterin registrlərində. Reqistrləri də bir yoxlasaz pis olmaz. http://computer-work-smooth.com

Sahin (2016-01-28 16:43:21)
Hə Ahmed . Deməli komputer işlək vəziyyətdə olanda taxıram və avtomatik olaraq göy ekran gəlir. Hard diski çıxaram kimi yenidən normal qaydada açılır.Hətta sönülü vəziyyətdə taxıb komputeri yandıranda artıq ekran açılmaq istəyəndə həmin göy ekran gəlir.

ahmed (2016-01-28 11:01:05)
Siz xarici hard diski yeni komputer tam işə düşənnən sonra taxırsınız, yoxsa sönülü vəziyyətdə taxıb sonra kompu yandırırsınız? Bir də dəqiqləşdirək, kompüter işləyə-işləyə xarici hd -ni taxırsız, göy ekran gəlir və komp sönür?