Android proqramlaşdırma

Salam.Android proqramlaşdırmanı öyrənmək üçün hansı mərhələrdən keçməliyəm?Belə,qəşşəy,məsələn,instagram-falan səviyyəsində olan proqramları qurmaq üçün nələri bilmək lazımdır? Bunu eləmək üçün qarşımda hansısa problem ola bilər?HTML,CSS orta,İngilis dilini yaxşı,matematiki də məktəb səviyyəsində orta bilirəm..Bir də ki,hansısa sayta aid proqramlar olur da,yenə də ,məsələn,instagram.Nəsə şərh yazmaq,bəyənmək,hamısı PHP'nin funksiyalarıdır,indi bu funksiyalar icra olunarkən hamısı android proqramlaşdırma dilinin kodlarıyla edilir,ya PHP nin-zadın bu işə qarışacağı olur?Yəni elə bir şey var ki,xüsusi bir sayt qurursan,sadə bir app də qurub elə eliyirsən ki,saytda nə olursa,app onu göstərsin(təbii,online).Yəni,hər şeyi web developmentin üstünə atmaq olur?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Əli (2016-02-01 14:42:37)
tşklar hər ikinizə

Şükür Hüseynov (2016-01-31 20:21:00)
Salam Android proqramlar java ilə yazılır Android studio vasitəsilə. Yəni ən əsas java dilidir burada. Sizə məsləhətim android proqramlaşdırmaya keçməzdən əvvəl konsolda java və xml dilini öyrənin ondan sonra android studioda proqram yazmağa keçin hazır saytlarıda orda açmaq olur adi bir elementlə saytı göstərmək olur orada deyəsən

ferhadpro (2016-01-31 19:57:04)
Mən app developer deyiləm.Amma bildiyim qədəri ilə appların back-end hissəsini hər hansı bir dillə yazırlar (phyton,php və s olur) Məlumat bazası kimi mysqldanda istifadə etmək olar.Amma appların özünü java dilində yazırlar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Android haqqında

Telefon seçimində kömək

C sharp və Java

Android üçün futbol oyunu

Java, android proqramlaşdırma ilə işləmək üçün proqram

androiddə silinməyən fayl