Hansı kart daha sərfəli və etibarlıdır?

Salam? Mene plastik kart lazimdi, manat valyutasi acdiracam. Unibank - dollar varimdi, Bank of baku - evro varimdi Indi isə manat acdiracam. Hansi bank serfelidi? Mene elə Bir şey lazimdiki bu million aparati ilə kartin balansina pul yuklemek olsun, karta pul yukleme tez bir zamanda baş versin, məsələn bankin kassasindan pulu verdin max 5 deqieye pul kartda olsun. Day 5-6 saat kecmesin. Bax belə hansı bankdi? Demirbank terifleyirler necedi?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Ayxan (2016-02-09 17:53:48)
Bank Standard: Yaxşı xüsusiyyətlər: SMS Notification pulsuz MilliÖn ilə günün istənilən vaxtında kart hesabına mədaxil Məbləğ dərhal kartda aktivləşdirilir Pis xüsusiyyətlər: Yalnız hesabın valyutası üzrə əskinazları MilliÖn ilə daxil edə bilərsiniz (Yəni kartınız USD-dirsə, siz manatla mədaxil edə bilməzsiniz). Bank Respublika: Yegənə bank olaraq aparıcı 2 ödəniş terminallarında var: e-manat və milli ön Terminal ilə mədaxil zamanı konvertasiya mümkündür Məbləğ cari hesaba dərhal mədaxil olunur. Lakin kart hesabında növbəti iş günü aktivləşdirilir. DəmirBank: MilliÖn vasitəsi ilə mədaxil etmək mümkündür, lakin debit karta məbləğ 2 gün sonra mədaxil olunacaq və mədaxil olunacaq günün kursu ilə hesablanıb mədaxil olunacaq.

Elgun Abusov (2016-02-07 01:56:38)
En yaxsi ve serfeli kapital bankdir

Breathtaking (2016-02-02 16:25:15)
Silk Way mənimdə maaş kartımdı və kifayət qədərdə şəhərdə Silk Wayın bankomatı var. Sadəcə yerlərini bilmək lazımdır. Hətda Mərdəkanda belə bankomat var. Accessin visa elekron kartını isə artıq 7 ildi istifadə edirəm və hec bir problem hələki yaşamamışam.

Elgun374 (2016-02-02 13:59:25)
Accesse guvnemirem acigi. Bir iki menfi gormuwem. Kapital var)

Elgun374 (2016-02-02 13:58:34)
Silk way menim maaw kartimdi, o mene serf etmir. Bankomat yeterince yoxdu menim etrafimda. Adice maawimi cixartmaq ucun ancaq gerek bine aerportuna gedim

Breathtaking (2016-02-02 11:01:49)
Biraz uzaqgörən olmaq lazımdır bu məsələdə. Elə bir bankdan alın ki, kartı bankın bağlanması real görsənməsin. Kapital, Access və ya Silk way-dan ala bilərsiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Plastik Kart balansını online öyrənmək?

DəmirBank Visa Kartlarla Online Əməlyatlar

Plastik kart almaq istəyirəm

Maaş kartını Paypal-də qeydiyyatdan keçirmək nə dərəcədə təhlükəli ola bilər?

3d secure barəsində məlumatı olan varmı?

Plastik kartla başqasının hesabına pul göndərmək