Oyun üçün notebook almaq istəyirəm

Salam.Mən Iqravoy Notebook Almaq Isteyirem biri var ram 8 videokart 2 di.gt820m.amma core i3 prosessordu.Bilmmek Isteyirem yeni teze oyunlarin elesi var core i5 isteyir o oyunlari goturecek yoxsa donacaq?çox sag olun minnetdaram.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Samir Qelenderov (2016-08-11 21:28:53)
i3 neslini bele kicimsemeyin yeni nesilleri mes i3 6100 prossesoru i5lerden i7lerden cox gucludu.noutbuk oyun ucun deyil onnansa pc topla ozun.hisselerini al.noutbukdan yaxsi performans alarsan pcde

Yuxusuz (2016-02-02 10:24:33)
Tskler Minnetdaram Qardaslar Her Ikinize

Mehman Elxanoglu (2016-02-01 17:36:58)
Adətən nəsilin nömrəsi defis (tire) işarəsindən sonra gələn ilk rəqəm olur, məsələn, i3-4579 (özümdən dedim), burada 4 rəqəmi i3 prosessorunun 4cü nəsil olduğunu göstərir. Səhv etmirəmsə, 5 və 6cı nəsillər də var. Bizim bazarlarda 5ci nəsil prosessorlar gözümə bir neçə dəfə dəyib, amma 6cı nəsil prosessorların bizim bazara gəlib-gəlmədiyini dəqiq bilmirəm, amma mətbuatın yazdığına görə 6cı nəsil var. Sözsüz ki, prosessorun nəsil göstəricisi artdıqca qiyməti də artacaq...

Bextiyar Azeroglu (2016-02-01 13:53:06)
Bəli masaüstü pc nin parametrlərini artırmaq asan olur noutbook-da isə çətin. neçənci nəsil olduğuna burdan baxın. Xarekteristika kağızında qeyd olunur neçənci nəsil olduğu.

Yuxusuz (2016-01-31 23:05:31)
Onun 4 Cu Nesil Olmagini Hardan Bilim?Birdeki Masaustu Kompu Istenilen Vaxt Artirmaq Olur?

Bextiyar Azeroglu (2016-01-31 22:05:09)
Bəli i3 artıq köhnə sayılır. Üstəlik alarkən çalışın 4cü nəsil prosessor alın. (sözsüzki elə i3 var bəzi i5dən güclüdür) Ümumiyyətlə götürəndə oyun üçün notbuk məsləhət deil.