Ödənişsiz əsaslarla oxuyan Tələbə Təqaüdü

Salam.Mən ödənişsiz əsaslarla universitetə qəbul olmuşam.Bir neçə həftə əvvəl eşitdim ki yeni qərar çıxıb ki tələbə arasında ödənişli,ödənişsiz daxil göstəriciləri yüksək olan tələbələr təqaüd almalıdır.İndi bu qərarı dəqiqləşdirmək istərdim mən ödənişsiz əsaslarla qəbul olmuşam 2ci kursam,indiyə qədər də kəsrim yoxdu ama ortalama göstəricilərim 70dir hardasa.Ama göstəriciləri məndən çox olan 6 7 tələbə var qrupumuzda.İndi təqaüd alıb almayacağımı deyərdiz zəhmət olmasa

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Maqa (2016-02-02 18:55:53)
yuxarıda qeyd olunduğu kimi ortalama bal əsas götürüləcək ancaq qərar qüvvədə deyil

Anar96 (2016-02-02 18:03:59)
Bu yaxınlarda Təhsil nazirliyi bu haqda dəqiq məlumat verəcəkdir. Hələki bu qayda dəqiq olaraq təsdiqlənməyib.

Bextiyar Azeroglu (2016-02-02 13:04:59)
Qrupunuzda 30 tələbə var deyək. Onun 12si təqaüd alırsa, indi o 12yer boşalır və qrupdakı uşaqların imtahan göstəricisi yüksək olanlar həmin 12yeri doldurur. Hər imtahandan yığdığınız ballar toplanıb 6ya bölünərək imtahan göstəricisi tapılır. Məsələn 5 imtahandan ardıcıl 80 85 61 73 55 ballar yığmısınızsa 80+85+61+73+55=354 354/6=59. yəni əgər sizdə 59dursa qrupda başqa 12uşaqda 59dan çoxdursa onlar alacaq təqaüd) Bunu fb-dakı "Azerbaycan telebeleri" səhifəsi paylaşmışdı rəsmi məlumat kimi

Breathtaking (2016-02-02 10:58:54)
Siz əvvəlcə yazardız harada təhsil alırsız? Ancaq ümumilikdə deyim ki, ortalama balınız aşağıdır, bu gösdərici ilə sizə təqaüdün verilməsi real görsənmir. Əgər Bakı Dövlət universitetində təhsil alırsızsa orada Sabah qrupu var, əlaçı tələbələr üçün. Qrupda hamısıda təqaüd alır. Maraqlanın bəlkə bu ortalama balla həmən qrupa düşürsüz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Təqaüt kartına pul köcürmək olurmu?

Tələbə stipendiyası

Yay ayında tələbələrin stpendiyası

Bəzi çətin tapılan fontları tapmaq üçün hansı saytlara baxmaq lazımdır?

peşə məktənin tələbələrinə spendiya veriləcək?

Texnikom Haqqında