güvənilən proqramlar

Salam Sualim proqramistleredi.Sizce ən guvenilen,etibar edilen cleaner və security(antivirus)proqramlari hansilardi?? (uzdeniraq cm 360 security və clean master-den başqa)

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Bextiyar Azeroglu (2016-02-06 19:21:09)
Telefona antivirus? Bu sual məni həmişə güldürüb. Mən stolüstü komp-u ilk aldığım gündən antivirussuz işlədirəm qaldıki telefona antivirus yazım) Play market-dən yüklənən proqramlarda virus yoxdur, reklam var. Siz tanımadığınız saytdan application yükləsəniz bəlkə virus düşər oda 100də 1ehtimal ( nə sayt gəldi proqram yükləyirəm telefona heç bir virus düşmür)

Software Developer (2016-02-06 14:01:05)
Androidə antivirus və ya kliner yükləmək tamamilə mənasız işdir. Virus istəmirsizsə antivirusdan da uzaq olun. Linux sistemləri kifayət qədər təhlükəsiz sistemlərdir və istifadəçidən xəbərsiz proseslər baş vermir. Zərərli proqram(virus zərərli proqram deməkdir elə, yəni xüsusi növ bir şey deyil.) istifadəçinin özü tərəfindən install edilməsə, heç bir antivirus Androidə düşə bilməz. Bir sözlə təhlükəsiz və sürətli sistem istəyirsizsə antivirussuz və klinersiz sistem işlədin.

Umid_Ceferov (2016-02-06 07:20:14)
Tesekkur cavablariniza gore amma android cihazlar virus goturmurler demek duzgun cixmazdi. Meselen:pornclub virusu.Bu trojana qarsi hec bir antivirus yoxdu.Ayrica bunu getiren ele antivirus(360 security) ozudu. :) Amma antivirussuzda qalmag olmaz axi.

ElZahir (2016-02-05 19:46:50)
Salam Android telefonlar virus götürmürlər, çünki Linux platformasında, Kernel əsasında ƏS yazılır(Düzdür, Linux üçün də viruslar yazılır, lakin yenədə gevənilir bir ƏS-dir). Ona görə əlavə proqram yükləndikdə, sadəcə keşlənmiş məlumatları təmizləyir və həmçinin telefonu yükləyir. Kompüterlər üçün isə yaxşılarından biri əlbəttəki Kaspersky-dir, lakin bu da kompüterin sürətini azaldır, Avast antivirusu mənim fikrimcə güvənilir deyil. Advanced System Care antivirusuda məsləhətlidir, lakin RAM-ı çox istifadə edir. Yəni hər yaxşının bir mənfisi var.

E. Hacı (2016-02-05 16:10:17)
Salam. İlk öncə qeyd edim ki sualın proqamistlik ilə heç bir əlaqəsi yoxdur. Suala gəldikdə isə şəxsən mənə görə Android üçün istər antivirus istər cleaner yalnız və yalnız zərərli alətlərdir. Verdikləri xeyir şişirdilir, əslində xeyir vermirlər. Amma zərər konkret verirlər. Ona görə də ən yaxşı cleaner və antivirus onları işlətməmekdir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Twitter-də profilimə kimlərin baxdığını öyrənmək

Hazır kodlaşdırma

Twitter Apps parol

Socket.IO Chat application (install)

express is not defined Xətası

Fb-da kim dostluqdan çıxarıb haqda məlumat verən app