Adsense ilə bağlı vacib əsas suallar

Adsense ilə bağlı vacib əsas suallar Salam, İlk öncə suallarımı cavablandırdığınız üçün sağolun.ən əsas məni maraqlandıran suallar bunlardı, Adsens də Azərbaycan dilində bloglar qəbul olunurmu? Qəbul olunması üçün şərtlər?Yazılarda qramatikaya həriflərə fikir verilirmi ? Azərbaycana ödənişler varmı? Və son olaraq. Blogları facebookda linklərini paylaşdığımızda blok olunurmu? Blok nə zaman olur

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Software Developer (2016-02-09 16:19:10)
Problem deyil kim tıklayır tıklasın - əsas odur ki, saxta tıklama olmasın(yəni qəsdən tıklamaq ki sizə pul gəlsin, və ya özünüz tıklamaq müxtəlif yerlərdən.) Məndən məsləhət - heç bir halda bu metoda baş vurmayın, Google avam deyil və bu qədər sadəlövh də deyil, nə edirsizsə edin necə edirsizsə edin, əmin olun, saxta tıklama olacaqsa(bunu çoxlu tanışlar da etsə) Google alqoritmi bunu süni intellekt ilə başa düşəcək və sizə pul vermədən ömürlük blok edəcək. Yəni pulu çöldən tapmayıblar ki saxta klik edənlərə versinlər, yoxsa heç pulları qalmazdı, hamı dost tanışına tıklatdırıb kalan pul qazanardı. Tıklama yalnız təbii olmalıdır, yəni 1-2% civarında , tutaq ki 1000 adam girirsə bloqa, bu zaman 10-15 real təbii klik normal sayılar

Software Developer (2016-02-09 16:16:19)
Türkiyə türkcəsində olar, icazə var. İngiliscə kimi olmasa da , hər halda normal ödəniş edirlər. Gündəlik 100 tıklaması olan türkcə bloq təxminən aya qazana bilər 200-300$.

Software Developer (2016-02-09 16:15:39)
yox vacib deyil

Ferid Ibadov (2016-02-09 16:07:05)
Məsələn blogdakı reklamı bugün tıklayan 100 nəfər gələn ay tıklasa , bloc olunur? Açığı mende bir sistem var, 1000 ferqli adam bir gündə fərqli telefonlarla fərqli wifi şəbəkələri ile reklamlara baxa bilər. Bir ay erzində bu 1000 nəfər tekrar eyni adamlar olmadan reklamkara baxsa, növbəti ayda bu prablem yaradacaq? Həmin adamlar yenə bunu etsə

Ferid Ibadov (2016-02-09 12:44:03)
Bloga 1000 izləyicimi vacibdir? Ya 100 reklamlara baxan

Ferid Ibadov (2016-02-09 11:47:04)
BəS, Türk dilində necə? Bu dildə yazilan bloglar üçün ödəni necədir? Adesense bağlı blog ları necə hardan ala bilərm? İngiliscə Gündəlik 100 tıklaması olan blog ödənişi necədir? Bunlarla bağlı ödənişli kömeklik göstərmek istiyən dostlar yazsın

Software Developer (2016-02-09 08:52:39)
1. Azərbaycan dilində bloqlar qəbul edilmir. Heç bir şərt qoyulmur, sadəcə imtina edilir bizim dil dəstəklənmədiiynə görə. Başqa dildə bloq və ya youtube üçün adsense icazəsi alıb sonra onu Azərbaycanca bloqa qoymaq olur amma. 2. Bəli var, həm çek həm də adi bank transfer ilə. 3. Blogun öz linkini paylaşmaq əlbəttə ki olar və heç bir blok söhbəti ola bilməz. Təxminən hansı modeli fikirləşmisiz başa düşdüm. Öncədən xəbərdarlıq edirəm ki vaxt itkisi olacaq ,dəyməz o əziyyətə. Azərbaycan dilinddə olan məzmunda günə lap 10 min ziyarətçi toplasaz aya 5-10$ yığıla ya yığılmaya. Əvvəllər fərqli idi, günə 1000 user oldumu aya ən azı 150$ olurdu. Sonra bəzi qaydaları dəyişdilər və Azərbaycandilli saytlarçün göstərilən reklamlar ən ucuz reklamlar oldu. Hətta bəzən yerləri boş görsənir. Yəni tutaq ki bir günə 20 min hit varsa saytınızsa, adsense-də baxıb görəcəksiz ki pageview 20 min yox, 1-2 mindır, qalan pageview-lar boş görsədib reklamı. Odur ki Azərbaycanca bloq+adsense modeli gəlir məqsədi üçün tamamilə vaxt itkisidir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ləğv olunan sifarişin pulu neçə günə qaytarılır?

mysteryptc saytı haqqında məlumat istəyirəm.

webmoney pul transferi

TBC bank Gurcustan

İnternetdə iş istiyirəm

İnternetdən pul qazanmaq