xeyriyyəçilik üçün yığılan pullar üçün vergi ödənilməlidir?

Facebook-da çox görürük. XXX nömrəli hesaba milli ön ilə pul qoyun həyat xilas edin. Mən bunun onlayn versiyasını yaratsam (onlayn plastik kartla ödəniş), yığılan pullara görə vergi ödəməli olacam? Nəzərə alsaq ki, bu pullar mənim qazancım olmayacaq vergi verməməliyəm. Çünki burada biznes yoxdur. Xeyriyyə məqsədi ilə açılmış sayt olacaq. Ödənişlər isə, mənim fiziki şəxs hesabıma gedəcək. Fiziki şəxs hesabımdan da, kimin o pula ehtiyacı var o adamın fiziki şəxs hesabına gedəcək.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Software Developer (2016-02-10 12:34:58)
Maraqlı sualdır. xaricdə bu çox dəbdə olan fəaliyyət növüdür, hətta sui-istifadəsi də genişdir, bir çox varlılar belə təşkilatlar təsis edib vergidən bu yolla yayınırlar. Azərbaycanda bu barədə qanunvericilik necədir, maraqlıdır. Məndə Vergilər Naziriliyinin sahibkarlıq fəaliyyəti növləri siyahısı var, 760 növ var orada, amma xeyriyyə və yardımla bağlı növ yoxdur. Bəlkə də bu sahibkarlıq məntiqinə uyğun deyil deyə, QHT formatında başqa cür qeydiyyata alınır. Məsələn leykoz.az bu xeyriyyə təşkilatının online ödəməsi, post terminalı filan var, deməli belə bir həll mümkündür asanlıqla. Ən yaxşısını siz 195-dən zəng edib soruşa bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Bank kartları

Kəsilən 40 dollar

Access bank barədə məlumat

Adsense ödənişi neçə günə bank hesabına yatır?

Onlayn məhsul alışı zamanı ödənişlər.

Fiverr və vergi