PC arxitekturalı smartfonlar

Salam. Məni aşağıdakı sual düşündürür və sizin də mövzu ilə bağlı fikirlərinizi örgənmək maraqlı olar. Məsələ smatrfonlarda proqram tətbiqlərinin hazırlanması ilə bağlıdır. Bildiyim qədəri ilə androidə yalnız Java -da proqram yazmaq mümkündür, digər sistemlər də proqramlaşdırma üçün PC -lər kimi geniş imkanlar təqdim eləmir. Problemin kökündə isə smartfonların PC deyil embedded arxitekturalı olmasıdır. Bu isə uzun illər ərzində bir çox dillərin inkişafetmiş kompilyator və kitabxanalarını PC arxitekturasından embedded arxitekturasına köçürməyə imkan vermir. Amma texnologiya da çox sürətlə inkişaf edir. Əgər yaxın gələcəkdə PC arxitekturalı smartfonlar yaradılsa onda asanlıqla PC -də işləyən əməliyyatlar sistemlərini smartfona yazmaq və problemsiz bütün PC proqramlarını smartfonda icra eləmək mümkün olar. Sual budur: 1) Yaxın gələcəkdə smatrfonların PC arxitekturasını dəstəkləməsini nə dərəcədə gözləmək olar? 2) Əgər bu baş versə onda bu Google Play marketinə necə təsir edər və Google bunun baş verməməsinin qarşısını necə ala bilər? (Qeyd eliyim ki Proqram təminatı nəhənglərinin kompüter arxitekturalarına müdaxiləsi daima mövcud olub. Misal üçün Microsoft PC arxitekturasının son buraxılışlarına bacardığı qədər müdaxilə edir, hətta artıq ACPİ protokolunun müəllifləri sırasında yer alır və onun PC arxitekturasını hansı istiqamətdə çəkməy niyyətini başa düşmək elə də çətin deyil. ) PS: Onu deyim ki, bu bir balaca mənim kimi tənbəllərə aiddir. Javanı örgənməyə həvəs yoxdu, gözləyirəm nə vaxt (tezliklə) smartfonlar PC arxitekturasın dəstəkləyəcək mən də rahat C/C++ -da istədiyim proqramı yazacam sevimli kompilyatorlar ilə (Gcc/VStudio) :) .

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

FM-sift (2016-02-12 19:07:26)
Mənim fikrimcə əgər belə bir çey baş versə texnologiyada böyük bir çevriliş olar. Sizin birinci sualınıza dəqiq cavab verə bilmərəm amma deyə bilərəm ki, bunun olması mümükündür. İkinci sualınıza gəlincə Mənim fikrimcə, Google bunun baş verməməsinin qarşısını almaz. Çünki, texnologiya şirkətləri yeniliklərdən qaçmağa deyil onları daha ağılla istifadə etməyə cəhd göstərirlər. Əgər belə bir şey olsa Google yəqin ki, bu yenilik üçün də nəisə yaradacaq.