Web proqramlasdirma

Salam. Mən css və html-li oyrenirem. Artiq serbest şəkildə sayt hazirlamagida bacariram. Sualim budur. Tutaq ki, mən öz istədiyim sayti hazirladim. İsteyirem ki, saytda yazdigim, meqlalelerin ən çox oxunanlarinin sirasini sayta yerlesdirim bu hansı proqramlasdirma diline aiddir? Belke Css-de yaxudda Html de var mən hele ora catmamisham? Meselen meqalenin oxunma sayi yerlesdirmek hansı proqramlasdirma diline aiddir? Umumilikde bu kimi seyler hansı bolmeye yaxud dile aiddir? Evvelceden təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Software Developer (2016-02-13 11:28:38)
HTML və CSS-dən sonra javascript gəlir. Daha sonra javascript üzərində qurulan jquery-ni öyrənmək məsləhətdir. daha sonra da backend proqramlaşdırma üçün PHP. PHP və Javascript-i öyrənmək HTML və CSS-dən 10-100 dəfə çətindir. Yəni bunlar artıq çox ciddi sahələrdir. HTML və CSS vizual qurğulama işləridir ki, çətinlik yoxdur içində. Javascript isə frontend(brauzer tərəfdə gedən proseslər) proqramlaşdırma üçündür. PHP isə backend proqramlaşdırma(server tərəfdə gedən proseslər) üçün. Kursa getmədən öyrənmək olar, amma gərək həm nəzəri həm də praktiki mənbələrdən geniş istifadə edəsiniz. Kitablar var tutoriallar var, praktika ilə öyrədən saytlar var(codecademy.org məsələn). Hamısından istifadə etmək lazımdır sistemli şəkildə, ardıcıl olaraq. Və bir də riyazi bilik mütləqdir, yaxşı riyaziyyat bu işdə uğurun əsas köməkçisidir, riyaziyyat zəif oldusa işlər də çox dərinə gedə bilmir

Babək Əsgərov (2016-02-13 10:14:09)
tesekkurler. Birdeki meni bu sahe uzre yox tamam basqa sahe uzre tehsil aliram. Amma ki gelecekde de bu sahe uzre ishlemek isteyirem. Html ve Css de her shey yaxshi gedir. Oxuduqlarimi basha dushur ve tetbiq ede bilirem. Men kursa falan getmeden oz bashima oyrene bilerem bu dilleri? Html ve css bilmeyim diger dilleri qavramagima yardimci olacaq? Birdeki bunnan sonra hansi dili oyrenmeyimi meslehet gorerdiz?

Software Developer (2016-02-13 00:24:54)
Siz hazırda front-end (ara-üz) kodlaşdırma mərhələsindəsiniz. Siz dediyiniz o funksiyalar isə backend proqramlaşdırmadır. Bunu edən dillərə nümunələr: php, python, ruby, java web, asp.net və.s. Siz yəqin ki php-ni öyrənəcəksiniz. O zaman hamısını orada görəcəksiniz.