ə hərfi incə görsənir

Salam dostlar. mənim bir saytım var oraya "ə" hərfi yazanda digərlərindən fərqli görsənir. mətnlərdə yox, bəzi başlıqlar var menülərdə vəs orralarda incə arıq formada görsənir bunu necə düzəltmək olar.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Software Developer (2016-02-15 14:27:11)
O editor problemidir. Ftp ilə açanda faylı normal editor ilə acin. Ki save olanda UTF olsun. Hər editorda menyuda elə bir seçim olur. Encoding seçimi. Amma normal developer editorlarinda by avtomatik olur. Yox əgər bu da siz deyən hal deyilsə o halda screenshot paylasin baxaq

Babeki (2016-02-15 12:34:17)
Cavablarınız üçün təşəkkür edirəm. Deyəsən sualı verəndə tam məlumat verməmişəm. Əsasən Tema -ftpdən olan olan bəzi başlıqları dəyişdirəndə bu Ə hərfi proplemi olur. Tutaq ki, ABİDƏ yazıram ilk dörd hərf normal Ə isə ilk dəfə dediyim kimi, incə və fərqlidi

Software Developer (2016-02-14 16:20:59)
Fontu dəyişmək lazımdır. Əksər fontlar Azərbaycan hərflərini dəstəkləmir. Elə font ilə əvəz etmək lazımdır ki, o Azərbaycan hərflərini dəstəkləsin. Template-lərdə adətən başlıqlar menyular üçün xüsusi fontlardan istifadə edilir, adi mətn hissə üçün isə standart fontlardan, standart fontlar da bizim hərfləri dəstəkləyir

ElZahir (2016-02-14 15:20:03)
Salam Şriftdən ola bilər. Məsələn, elə şriftlər varki, ə,ı,ö və ü kimi hərfləri götürmür və nazik olur. Bəlkədə şrifti dəyişsəniz düzələr. Uğurlar.