Mənə naqilsiz internet lazımdır

Hamıya salam. Bir kinoda görmüşəm adada yaşayan biri qurduğu evində interneti peyk antennası vasitəsilə tutur. Bu da mənə maraqlı gəldi. Yəni demək istəyirəmki mən də demək olar adaya bənzər bir qəsəbədə qalıram. Telefon xətti, kabel xətti ilə mümkün deyil. Datakartlar isə istər simli istər simsiz olsun imkan cəhətdən sərf etmir həm dəki Limitsiz paketləri yoxdu. Təklik etdikləri limitsiz paketlər isə saxtadır beləki məs. 10 gb həcmində internet verir o da 1-2 gün bitdikdən sonra sürət düşür 128kb/san. Adı da olurki güya limitsizdir. Əsl orginal limitsiz paketlər isə 30 azn dən yüksəkdir. Buna isə imkanım çatmır. Mənə isə internet lazımdır təcili. Biraz araşdırdım o peyk məsələsini güyaki hər hansı uyğun siqnalı tutub çəkir özünə və sənə internet verir. Nəsə buna Azərbaycanda inammağım gəlmir ama yoxlayacağam. Həqiqətən təcili internet lazımdır mənə. Sizin də bu barədə fikirlərinizi bilmək istərdim.

Verilmiş cavablar və yazılan şərhlər (0 cavab var)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

İnternet banking xidmәti

Şifrələrin təhlükəsizliyi haqqında

Fiber Optik internet üçün modem

Amazon.com-dan Azerbaycana catma

Oyun saytı

Sazzın internet əhatəsi