Clean Master

Salam. Mənə Clean Master proqramı barədə məlumat verə bilərsiz ? Android telefona yükləməyi məsləhət görürsüz ? Necə bir proqramdı ? Bəziləri deyirki yüklə ( telefonuvun həm öz yaddaşını həm də telefona taxdığın yaddaş kartındakı lazımsız faylları silərək təmizləyəcək. Telefonun yaddaşı azalacaq. Telefonun ramını temizleyerek suretlendirecek) bu doğrudurmu ? Bəziləridə deyirki yükləmə ( telefonuvu donduracaq, menasız proqramdı, çox yer tutur və s.) Yüklüyüb istifadə etməyə kim məsləhət görür ?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

E. Hacı (2016-02-18 08:55:04)
Siz görmədiyiniz şeylərdən gedir söhbət. Background proseslər. Java Virtuam Maşın səviyyədə keşlər və.s. Hansı ki onlar olmasa telefon 2 günə çökər. Bu cleanerlərin təmizlədikləri isə üzdə olan public access-li tmp fayllardır ki, 99%-inin silinməyə ehtiyacı yoxdur, əksinə saxlanmağa ehtiyacı var.

Elvinn (2016-02-17 20:59:07)
n yaxşı təmizləyici Android sisteminin özüdür, Android özü real lazımsız şeyləri təmizləyən əla texnologiyaya malikdir. Başa düşmədim. Necə təmizləyirki ?

FM-sift (2016-02-17 14:27:41)
Sonuncu cavaba qatılıram. Məncə də tam lazımsız bir proqramdır. Təkcə bu deyil, batareyanın ömrünü uzadanlar və s. kimi proqramlar təmamilə yararsızdır.

E. Hacı (2016-02-17 12:19:37)
Tamamilə lazımsız və zərərli proqramdır. Sistemə lazım olan cache faylları da silir, bəhbəhlə ekrana yazırk i təmizlədim filan. Sonra sistem onları bərpa etmək üçün əziyyət çəkir, xeyli ram da gedir, telefon da zəifləyir həmin müddətdə. Bir sözlə konkret zərər verir. Bir iki xırda xeyri ola bilər ki, məsələn artıq papkaları filan tapa bilir və silə bilir. Amma bunu əllə də etmək olar. İstifadə etmək istəsəz ilk cavabdakı kimi edin, yükləyin telefoni təmizləyin sonra proqramın özünü də silin. Ən yaxşı təmizləyici Android sisteminin özüdür, Android özü real lazımsız şeyləri təmizləyən əla texnologiyaya malikdir.

Elvinn (2016-02-17 01:56:27)
Hər birinizə təşəkkürlər. Çox sağolun

NONANE (2016-02-17 00:19:44)
En yaxsi programdir. Amma telefon zeyifdirse donduracaq cunki cox funksionaldi. Zeyif telefondursa CCleaner yukleyin

Bextiyar Azeroglu (2016-02-16 19:19:27)
Yükləyin telefonu təmizləyin sonra silin telefondan özünü də. Telefona proqramlar oyunlar yükləyirsiz sora ayarlardan həmin oyun proqramları siləndə tam silinmir bəzi faylları qalır bu proqram həmin o görünməyən faylları tapır. Daima telefonda saxlamağa dəyməz yəni 2-3aydan bir yükləyib telefonu təmizləyin sonra silin getsin.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Clean Master