WordPress .az domenində layout

Salam, wordpress-i .az domenində quranda mövzunun layoutu dəyişir və tamamilə korlanır. Digər domenlərdə isə normal işləyir. Hostinqlə heç bir əlaqəsi yoxdur, çünki bunu iki hostinqdə yoxlamışam. Eyni hostinqdə qurulan digər saytlar tam normaldı. Və .az domenində qurulan cms-nın admin panel şriftləri də böyük olur. Bəs bu nədən ola bilər?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Alven (2016-02-17 19:17:42)
Yaxşı, təşəkkür edirəm.

E. Hacı (2016-02-17 18:36:04)
Yo onunla əlaqəli deyil. Problem cari saytdadır. Problemin səbəbini başqa yerdə qurulmuş saytda, domendə və.s.-də axtarmayın. Sadəcə qurduğunuz hostda problemin həllini tapıb düzəldin.

Alven (2016-02-17 17:40:39)
Dediklərinizi etdim amma dəyişən bir şey yoxdur. Kodlara da indi fikir verdim və fərqliliklər var. Gərək baxım yenə diqqətlə. Bir də belə bir sual, öz wordpress hesabımdan saytı silmədən yenisini qurmuşam, bundan olma ehtimalı nə dərəcədədir?

E. Hacı (2016-02-17 17:02:34)
Şəkillər hər iki linkdə öncə yüklənsə də sonra silinir. Çünki şəkilləri http://i2.wp.com/peoples.az/files/2016/02/l%C3%BCtfi_zadeh.jpg?resize=402%2C604 kimi əcaib yanlış requestlər əvəz edir və bu requestlər də 400 error verdiyinə görə şəkil itir. Qaldı menyuya, elə də olmalıdır, Appearance-Menus bölməsindən locations ilə üst menyunu təyin etmək laızmdır yeni saytda. Köhnədə install zamanı olub yəqin, bu birində isə yenidən etmək lazımdır, etməmisiz

Alven (2016-02-17 16:50:12)
Edirəm amma dəyişən bir şey yoxdur. Başqa komputerlə də yoxlamışam. Menyulara diqqət edin biri tam ekranda açılır digəri isə layout daxilində. Sizdə də belədirmi? Həmçinin ana səhifədə olan şəkil ölçüsü itirir. Və birində admin panel şriftləri böyük digərində balacadır yəni normaldır.

E. Hacı (2016-02-17 16:41:31)
Məndə hər ikisi eyni açır. Tamamilə eyni layout. Siz də ctrl+f5 edin bir, bəlkə cache problemidir

Alven (2016-02-17 16:12:14)
Buyurun zəhmət olmasa baxardız. Bu problem olan, bu isə normal olan. Heç birində qurulandan sonra elə də dəyişiklik edilməyib.

E. Hacı (2016-02-17 10:33:26)
Salam. Bunun domenlə heç bir əlaqəsi yoxdur. Kodu inspekt edin, əsl səbəbi tapın. Məhz az domenində problem olursa belə yenə də problem koddadır. Link olsaydı baxardıq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress mobil

WordPress’də belə bir plugin lazımdır…

WordPress theme structure

WordPress contact form plugin

WordPress lokalizasiya

WordPress Plugini haqqında