Facebook-da səhifə reklamına Paypal ilə ödənişi kartdan çıxmır.

Salam. Mən facebook-da səhifə reklamına paypal hesabımı və kartımı yazdım. Büdcə limitini 10$ təyin etdim. 2-3 gün reklam getdi, limitə çatdı, amma kartımın balansına baxıram ki, məbləğ olduğu kimi qalıb? Buradakı müəyyən cavablardan təxmini başa düşdüm ki, məbləği yavaş-yavaş çıxır. Belə olan halda kartımdan pulları çıxarsam necə olacaq bəs? Bir də ki, help centre-də dəstəklənən məzənnələrdə manat yoxdur və deyir Paypal-də pulu çevirməlisiz, mən heç bir şey etməmişəm, amma reklam problemsiz şəkildə gedir. Əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Software Developer (2016-02-20 18:04:43)
Bəlli limitə qədər çıxmır, ayın axırı çıxır. Limiti aşdıqda isə dərhal çıxır. Bu sual əvvəl verilib və cavablayıblar, oxuya bilərsiniz http://cavablar.net/2014/04/21/facebook-reklamin-pulunu-od%C9%99m%C9%99k/

Zaur Hüseynzadə (2016-02-20 17:27:19)
Təşəkkür edirəm. Amma, hələ də pulu çıxmayıb, bir qəpik belə çıxmayıb. Mən artıq şübhələnirəm ki, bəlkə nə isə səhv gedir. Pulu çıxmaq prosedurları təxminən necə gedir bəs?

Bextiyar Azeroglu (2016-02-20 00:09:21)
Cevirmeni ozu edecek, bankinizda kurs nedirse ona uygun avtmatik gedir. Hesabdan pulu cixarsaz, yeni odemeni etmekden boyun qacirsaz sehifeniz silinecek bu qeder sade)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPressə Paypal qoşmaq

Paypalla digər saytlarda problem olarsa

Paypal Azərbaycanda işləyirmi hal-hazırda?

Paypal kartın qiyməti

PayPalda səhv

Computeruniversedən detal alsam aldadılma şansım var?