WordPress kateqoriya ilə bağlı bir neçə sual

Bundan öncəki sualı artıq həll etdim indi isə digər problemlər var. Ümid edirəm ki, bu sonuncu olacaq. Son olaraq mənə wordpressin öz kateqoriyasından əlavə kateqoriya lazımdır hansı ki, yazı yazıldığında yazını həmin kateqoriyaya da əlavə edə bilim və tamamilə öz kateqoriya sistemindən ayrı olsun. Bunun üçün pluginlər olmalıdı amma indi tapa bilmirəm. Əgər kataloqla etmək olarsa zəhmət olmasa necə edəcəyimi deyərdiz. Daha anlaşılan olması üçün deyim ki, bioqrafik sayt qururam və mənə lazımdı ki, illər və günlər üzrə doğulan, vəfat edənlər, hadisələr və şəhər, ölkə üzrə doğulanları tamamilə ayrı ayrı kateqoriya da birbaşa yazıdan əlavə edim. Buna isə təxminən 5000-dən çox kateqoriya lazımdır. Rahat olması üçün belə kateqoriya sistemini qurmaq istəyirəm. İkinci sualım isə burada gördüyünüz kateqoriyanı daha doğrusu archive.php-i necə edim ki, yazılar arasındakı və yazı başlığı ilə xülasə arasındakı boşluğu götürüm.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2016-03-02 09:24:19)
css öyrənmək lazımdır. ümumiyyətlə öyrənmədən nəsə düzəltməyə çalışmaq mənə bir az çatmır. öncə html, css, javascript, php filan yaxşıca ilkin mərhələdə öyrənmək lazımdır, sonra sayt düzəltməyə çalışmaq. dediyiniz boşluğun səbəbi marginlərdir. məsələn css-ə [code] .widget-content {margin-bottom:0px !important} [/code] yazsanız düzələr. (header.php-də və ya footer.php-də yaza bilərsiniz.)

Alven (2016-03-01 18:58:30)
Təşəkkür edirəm Toolset Types işimə yaradı. Bir də zəhmət olmasa baxardız mən archive.php-dəki boşluqları necə götürə bilərəm?

E. Hacı (2016-03-01 08:54:08)
Bunun termin olaraq adı taxonomy-dir. Kodsuz idarə etmək üçün plugin axtara bilərsiz: taxonomy manager yazsaz kifayətdir, əminəm ki xeyli plugin çıxacaq sizə lazım olan

CheyTac (2016-02-29 21:48:51)
https://ru.wordpress.org/plugins/ http://cyber-promo.ru/plaginy-dlya-wordpress-top-100-plugins http://www.wordpressplugins.ru/look/ns-category-widget.html Burda axtarsaz tapa bilersiz

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

wordpress-də istifadəçilərin qeyydiyyatı

hostinglerdeki ferq.

WordPress təhlükəsizlik

Təhsil saytı qurmaq üçün tema və digər məsləhətlər

WordPress WP_Query get by meta date field

Pulsuz Multi Funksiyalı WordPress Teması saytları?