Magaza acmaq ucun ne lazimdi?

Salam mən öz evimizin yaninda bir yer ehateliyib erzaq tukani açmaq istəyirəm. Evimiz merdekan qesebesinde yerlesir. Ama mən açmaq istədiyim yerden 100 metr arali magaza var ama icinde çox az mal var, ancaq yungul qidalar, kontur, siqaret olmur. Acsam sizin fikrinizce musteri celb edə bilərəm? O magazada onsuzda alver olmur, acim kontur siqaret və hər şey satim. Bimiz tereflerde yasayis coxdu.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Elgun374 (2016-03-02 20:37:31)
O qonsu tukan bilmir ne edir. Hemde onun evini nisye yoxdi, 2 il evvel tukan nomre 1 idi, ama 2000-3000 manat nisyede batdi getdi. O baglayacaq onsuzda tezlikle. Indi gorek ne edirik. Sabah biraz maraqlanim belke temel qoyma eledim

NatiqMemmedov (2016-03-02 18:34:17)
Bir obyekt açarkən iki şeyə diqqət eləmək lazımdır. Tələb və təklif. Əgər müştəri çoxdursa və təklif yoxdursa o zaman aça bilərsiniz. Yoxsa müştəri azdırsa o zaman açmağa dəyməz. Əgər satışlar yaxşı getsəydi elə həmin qonşu dükan bunu edərdi.

Bextiyar Azeroglu (2016-03-02 12:59:35)
Özünüzü və qonşularınızı bir müştəri kimi düşünün. Sizin dediyiniz kimi bir dükana tələb həqiqətən varsa onda açın dükanı uğurlar.

Breathtaking (2016-03-02 10:13:29)
Əgər dediyiniz mağaza müştərilərin ehtiyaclarını tam ödəyə bilmirsə və Sizin bu işdə səriştəniz varsa, niyə olmasın?! Sadəcə əvvəlcə mağazanın idarə olunması barədə ətraflı araşdırma edin, bacaracağınız iş olduğuna əmin olandan sonra şəxsi biznesinizi qura bilərsiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ərzaq mağazası açmaq

Lumia 520 Mağaza qeydiyyatı

Onlayn mağaza

Telefon mağazası açmaq üçün…

Orginal CDlər satılan mağazalar

magaza ucun mallari hardan almag olar?