Pulun dəyişdirilməsi

Salam. Aşağıdakı olan pulları Azərbaycan Manatına çevirəndə nə qədər edir ? 90,99 TL - 4,90 TL - 90,99 TL - 75,00 TL - 119,99 TL - Ayrı ayrılqda neçə manat edir ?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Elvinn (2016-03-17 13:10:13)
Çox sağolun

E. Hacı (2016-03-17 09:12:11)
orta məktəbdə riyaziyyat daha keçilmir ? :) 2.73567 yazılıbsa bu 2 tam manat deməkdir yanında olan da qəpiklərdir. 0.73567 73 qəpik hesab edilə bilər. Çünki sonuncu 3 rəqəm kiçiklikdə qəpik olmur. Məsələn 10.1 alınırsa bu 10 manat 10 qəpik deməkdir 10.01 alınırsa, bu 10 manat 1 qəpik deməkdir, 10.001 alınırsa, bu 10 manat deməkdir 10.1234 alınırsa bu 10 manat 12 qəpik deməkdir. Bunlar ən sadə onluq kəsrlərdir, bilməniz lazımdır, həyatta çox lazım olacaq.

Elvinn (2016-03-17 00:54:21)
4,90 TL vurdum 0.5583 TL Cavab: 2.73567 Burda gör nə qədər rəqəmlər var. Yəni başa düşmürəm 4,90 TL neçə manat etdi. Normalda misal üçün 2.70 yazılanda biliril 2 Manat 70 qəpik. 2.73567 indi burdan necə başa düşək. Neçə manat neçə qəpikdir

Software Developer (2016-03-16 23:44:22)
google-da da yaza bilərsiz. Məsələn 100 TL to AZN yazırsız enteri basırsız.

Rengler (2016-03-16 22:56:32)
Burada baxin http://tr.coinmill.com/

E. Hacı (2016-03-16 22:11:28)
cbar.az daxil olursunuz, məzənnəyə girirsiz. cari kursu götürüb vurursunuz rəqəmlərə, nəticə alınır. http://www.cbar.az/other/azn-rates Hazırda TL 0.5583-dür. Deməli yuxarıdakıları bu ədədə vurub azn almaq olar

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ən yaxşı (Populyar) Elektron pul hesabı

Payoneer pul nəğdləşdirmək

İnternetdən pul qazanmaq

Pul köçürtmək

Paypalda pulun geri qəbulu

Work and travel üçün nə qədər xərc tələb olunur?