İşlənmiş Chromecast alıram

Salam kimdə 4-5 ayın işlənmiş Google Chromecast var? Yaxşı vəziyyətdə olsun satan varsa alıram.

[img]http://i.imgur.com/2tBM8c9.jpg[/img]

[img]http://i.imgur.com/9O6YTv8.jpg[/img]


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (15 cavab var)

(13:32, 18/03/2016 ) #62179

Hörmətli admin heyyəti, zəhmət olmasa yerləşdirdiyim linkə düzəliş edərdiz, şəkilər görsənmir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:11, 18/03/2016 ) #62182

birinci link
ikinci link

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:44, 18/03/2016 ) #62187

    Mən belə demədim sualın özündə linkləri düzəltmək lazımdır şəkillər görünsün.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:42, 18/03/2016 ) #62186

Çox aşağı ehtimaldır burada belə bir malın işlənmişini tapmaq, çünki yoxlayasan heç Azərbaycanda 100 nəfərdə yoxdur bundan, o halda satan da olması ehtimalı azdır. Belə şeylər üçün ideal məkan beynəlxalq e-commerce platformalardır, ebay, amazon və.s.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:00, 18/03/2016 ) #62188

    Qardaş mən elə mal almamışam indiyənə kimi həmdə ordan alınan malların çoxusu brak çıxır, bizdədə işlədənlər var məncə bilsələr satanda olar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (17:11, 18/03/2016 ) #62189

      Nə danışırsız? 🙂 Mənim və yaxınlarımın bütün kompüterləri, telefonlar, planşetlər, fotoaparat, hətta televizorlar belə ebay, amazon kimi saytlardan alınmadır. 1-ci əldən, original şirkətin özündən alıram, bu daha çox keyfiyyət deməkdir(təmir olunmuş filan olma ehtimalı olmur), az qala ikiqat ucuzdur və.s.
      İndiyə qədər 100lərlə irili xırdalı əşya almışam, bir dəfə də olsun problem çıxmayıb, problem çıxanlarda isə rahatca pulu geri almaq və ya yeni mal almaq imkanı var.
      Məndə Chromecast da var yeri gəlmişkən, 1-ci versiya, iniş ilin Black Friday günündə Amazondan əla endirimlə almışdım, 7-8 manat pul vermişdim səhv etmirəmsə. Əla da işləyir, youtube və digər sayt videolarına tv-də baxırıq onunla.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:51, 18/03/2016 ) #62190

Onda mənə kömək ola bilərsiz bu işdə? Düzü bu mənə indiyə lazım idi yəni nə qədər tez başa gəlsə bir o qədər yaxşı, əlimdə nağd pulda var amma elədə çox deyil, ona görə işlənmiş istəyirdim, siz Chromecasti Amazondan hansı satıcıdan almışdız? Zəhmət olmasa soruşa bilərsiz varmı deyə olsa sifariş edərdik ucuz qiymətə göndərərdilər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:01, 18/03/2016 ) #62191

    Mən Amazon.com-da elə Amazonun özündən almışdım, yad satıcıdan deyil.
    Amazondan siz çətinlik çəkərsiz nəsə almağa. Həm də artıq Amazonda chromecast satılmır.
    Başlanğıc üçün ebay yaxşıdır. Onu da ki cavablar.net-də ebay axtarıb 20-30 sual-cavab oxumaqla öyrənə bilərsiz güman edirəm. Təəssüf ki bütün bunları bir nəfərin sizə burada öyrətməsi mümkünsüzdür, çünki işin içində çox şey var, plastik kart olmaq, paypal açmaq və aktivləşdirmək, ebayda hesab açmaq və sifariş vermək.
    Əgər gələcəkdə işiniz düşməyəcəksə online alış verişə, yəni təkcə chrome cast lazımdırsa o halda bir tanış tapın internet alış veriş etmiş şəxs, pulu ona verin o sifariş versin sizin üçün

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (18:02, 18/03/2016 ) #62192

      Hamı elə boyun qaçırır amma kömək edən yoxdu nəisə sağolun

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:04, 18/03/2016 ) #62193

    Çünki siz kömək yox, başqasının sizin üçün nəsə etməsini istəyirsiz, bu isə yanlış yanaşmadır. Necə etməyi öyrənmək lazımdır, öyrənmə prosesində də çətinlik olanda isə soruşmaq lazımdır, bilənlər cavablasın.
    Yoxsa ki, gəl bunu mənimçün et, mən edə bilmirəm – demək kökündən yanlış yanaşmadır və çətin ki kimsə belə kömək edə

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (18:07, 18/03/2016 ) #62195

      Burda sizdən heçnə getmir əgər mən nəsə bilib-bilmədən səhf etsəm pulum batacaq + dildə bilmirəm, siz bu işi bilirsiz mən sizə demirəm mənim üçün nəsə alın ya da ayrı hesab açın mənim üçün nəsə alın sadəcə bu işdə mənə kömək olun dedim, görünür siz səhf başa düşmüsüz.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:11, 18/03/2016 ) #62196

    Necə bizdən heç nə getmir? Bəs iş vaxtı vaxtımızı ayırıb kömək etmək üçün cavab yazırıq – bu heç nədir sizin gözünüzdə? Elədirsə sözüm yoxdur o halda. Elə nəsə getmək təkcə 5-10 manat getmək deyil, vaxt sərfi də oxşar sərfiyyatdır.
    Səhv etməməyiniz üçün dedim nə etməlisiz – öncə cavablar.net-də ebay yazaraq 20-30 sual-cavab oxumaq və öyrənmək lazımdır işləri.
    Dil problemi – bu artıq əlavə problemdir, az da olsa bilmək lazımdır belə işlər üçün.
    Kömək başqa necə olur ki? Nə sual verdinizsə hamısı cavabandırıldı? Hansısa sual qaldımı?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (18:15, 18/03/2016 ) #62197

      Kömək eləmək istəmirsiz də başa düşdüm başqasından xahiş edərəm kömək edər, qald ki bu sayt nə üçün yaratmısız bilmirəm hələ deyirsiz vaxtımızı ayırıb sizə cavab yazırıq burda hamı bir-birinə kömək edir, mən bayaq da dedim ki EBAYDI AMAZONDU BU SAYTLARDAN MƏN HEÇNƏ ALMAMIŞAM İNDİYƏ KİMİ… Siz vaxtında başa düşsəydiz məni indi çoxdan sifarişidə etmişdik ödənişidə etmişdik.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:27, 19/03/2016 ) #62214

Bu saytda elan qoyun, ola bilsin orda nese tapilar.

http://www.disput.az/?app=forums&module=forums&controller=forums&id=21

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (10:32, 19/03/2016 ) #62220

    Sağ ol qaqaş yazdım orad İnşallah tapılar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Kripto odəmə qəbulu, xarici musterilerden (31 dəqiqə əvvəl)

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (3 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (4 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (12 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (12 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (12 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (12 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (17 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23296 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024