youtube kanalda təkrar kliplər paylaşmaq

Keçən dəfə youtube-a aid mövzularda gördümki yazılıb ki gərək paylaşılan video, klip özünə məxsus olsunki pul qazandırsın. Youtube da çoxlu kanallar varki hamısı eyni klipi paylaşıb hər paylaşıma da 100minlərlə baxış gəlir. İndi adsense bu paylaşımlara görə hər kanala ödəniş edir? Yaxud deyəkki hansısa serialı 10dan çox kanal payaşır hərəsində də normal baxış sayı gəlir. Hələ düşünsəkki bu serial bu kanalların heç birinə aid deyil. Yenə də adsense ödəniş edir?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2016-03-25 01:01:48)
O sırf texniki məsələdir, bu məsələ ilə əlaqəli şey deyil, xəta edərək dublikat upload etməyinizin qarşısını almaq üçündür. Adi saytlarda da görmüsüz yəqin, dublikat comment filan olanda qarşısın almağa çalışır.

Bextiyar Azeroglu (2016-03-25 00:55:46)
mən bir video çəkmişdim onu səhvən 2dəfə yükləmişdim. 2il əvvəl bəlkə. dünən baxıramki 1video yüklənməyib səbəbsə təkrar yüklənmə yazıb. və 1ci yüklənmənin linkin qoyub)

E. Hacı (2016-03-24 23:50:34)
Niyə blok etsinlər ki? Hər kəs video yuklemekde serbestdir oz şəxsi kanalına, hetta eyni videonu milyon defe dalbadal yükləyə də bilər. Tek sərt odur ki qaydalara zidd olmasin, müəllif şikayəti olmasın

Bextiyar Azeroglu (2016-03-24 21:33:08)
Eyni ad ilə paylaşılan eyni klipləri nəyə görə blok eləmirlər bəs o maraqlıdır.

E. Hacı (2016-03-24 19:08:11)
Əgər müəllif hüququ problemi çıxmazsa ödəyir. Amma əksər hallarda o kanalları şikayət edib blok edirlər, qazanılan pul da batır. Bu işi həyat tərzinə çevirənlər isə (başqalarının videoları ilə pul qazananlar) isə bunu adi hala çevirib, bu kanalı bağlanır, o birini açır və.s belə belə gizlənpaç oynaya oynaya azdan çoxdan qazanır. Şikayət edilməyən videolar da dərhal yayılır, publisher o qədər çox olur ki, baxış sayı az düşür hərəyə. Amma təbii ki, heç bir halda başqasının kliplərini paylaşanlar böyük pullar qazanmır. Normal qazananlar deyim kimlərdir, yığım videolar hazırlayanlar, yəni onun bunun da olsa videolarını birləşdirib paylaşanlar(gülməli hadisələr, avtoqəzalar və.s. birləşdirib video düzəldirlər), bu halda şikayət də minimal olur, baxış sayı da artır artır pul da toplanır. Azərbaycanda var bu tip videolar ilə aya bir neçə min qazanan bir neçə nəfər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Adsense və Azərbaycanca sayt

Adsense Sahibkar Hesabı

Adsense 0.00 $ göstərir baxıcı var amma qazanc artmır

Google Adsense də kömək

Adsense aylıq ödenənişin karta vurulmaması

Youtube-da canlı yayım etmək