Banklar arasında fərqlər

Mən banka pul qoymaq istiyrəm. Faizlə. Yəni bir müddətdən sonra üstünə əlavə pul gəlsin deyə. Çox adam deyir dövlət bankına qoy. Bilmək istərdin dövlət bankınan digər bankların fərqi nədədir ?

Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)

Elvinn (2016-03-28 02:45:37)
Software Developer xayiş edirəm kömək edə bilərsən ?

Elvinn (2016-03-27 15:02:39)
Software Developer bu barədə mənə qaranlıq qalan 1-2 sualda var. Bura yazmaq istiyirəm. Birda sual yaratmaq istəmirəm. O sualımıda cavablandıra bilərsən ? Başa sala bilərsən mənə ? Bura yazdığıl sual uje düşüb sualların altına. Bilmək istəyirəm ki görüb oxuyacaqsan. Axrıncı sualımı verə bilərəm ?

Elvinn (2016-03-26 19:07:11)
Çox sağol Software Developer. ALLAH sənən razı olsun. İndi tam başa düşdüm. Çox gözəl və ətraflı başa salırsız. Ona görə hər cavabınıza +1 verirəm. Dəyərli vaxtınızı alıb sizi biraz çox yorduğum üçün üzürlü hesab edin. Tam istədiyim cavabı almırdım ona görə bu barədə çoxlu suallar ünvanladım. Bir daha təşəkkürlər.

Elvinn (2016-03-26 19:04:03)
Hə çox sağol başa düşdüm

Bextiyar Azeroglu (2016-03-26 18:55:43)
Risk deyəndə heç bir risk yoxdur. Bank bağlanacaqsa sığortalı depazitdi qaytarırlar geri. (30.000manat akimi) Sadəcə belədirki tutaqki sizin 1000manat var o pula bugün bir dənə iphone 616gb alırsız. Siz 1000manatı qoyduz Kapital banka illik 13% ilə, 12ay sonra 1130manatınızı alırsız. Amma bu müddət ərzində yenə devalivasiya olsa dollar bahalaşsa Siz bu bankdan aldığınız pulla yenə bir iphone 6 16gb ala biləcəksiz. Yəni Sizin bu aldığınız +faizlər o bahalaşmayla bir birin ört bastır edəcək. Belə desək heç bir şey itirmirsiz də qazanmırsız da. Amma pulu manatla evdə saxlasanız devalivasiya olsa bu halda Siz ziyana düşürsüz.

Software Developer (2016-03-26 15:38:25)
Aha tutaq ki çevirmədiniz və hamısını manatla qoydunuz. Bu pulu qoydunuzsa o pulu 2 il sonra faizi ilə birgə götürəcəksiniz, bunun heç bir riski yoxdur. Yəni bu barədə arxayın olun. Sizə o barədə yazan şəxs bunu nəzərdə tutmamışdı. Nəzərdə tutduğu bu idi ki, tutaq ki, indi manatla pul qoydunuz, 2 il sonra o pulu manatla götürəcəksiz, həmin vaxt dollar indikinə baxanda daha da bahalaşmış olsa bir növ sizin manatla olan pul dollar qarşısında zəifləmiş olacaq. Əksi də doğrudur, bu 2 il müddətində dollar ucuzlaşsa, sizin manatla olan pul dollar qarşısında daha da güclənmiş olacaq. Yəni məsələ budur, xarici valyuta ilə qarşılaşdırma məsələsi. Yoxsa sırf manatla qoyduğunuz pulu manatla da artıqlaması ilə götürəcəksiniz, bu barədə problem yoxdur.

Elvinn (2016-03-26 14:19:26)
Bağışdıyım amma sualıma t cavab vermədiniz. Tam başa düşmədim. Demək istəyirdimki mən pulumu yari dollar yari manatnan qoya bilmedim. Yalniz manatnan qoya bildim. Grlecekde ne problemler yarana biler ? Neyi risklidir ?

Software Developer (2016-03-26 12:19:46)
Onu heç kim dəqiq bilə bilməz. Biznes, pul işləri həmişə riskli olub. Heç kim sabah dolların kəskin düşüb düşməyəcəyini dəqiq deyə bilməz, əminliklə danışanlar belə bilməz, sadəcə güman edib deyirlər. Eləcə də manatın. Ona görə də zərər olma ehtimalını azaltmaq üçün yuxarıda yazılıb ki, pulu yarı yarı qoya bilərsiz, yarı dollar yarı manat. İstənilən halda risk sizin öz öhdənizə düşür, qərarı özünüz verməlisiz.

Elvinn (2016-03-25 21:40:23)
Pulu dollarla ya da manatla qoymagın nə fərqi var axı ? Manatnan qoyanda uduzacam dorlarla qoysam udacam yoxsa eksine ?

Software Developer (2016-03-25 18:04:22)
Siz bu yolla heç bir banka pul qoya bilməyəcəksiz. Son verdiyiniz suallara baxmışdım, bütün suallara cavab verilib, amma təkrarən soruşursunuz. Başa düşürəm, tərəddüd edirsiz, amma konkret addım atmasaz bu elə həmişə tərəddüdlü məsələ olaraq qalacaq. Dövlət banklarının da adı yazılmışdı: Beynəlxalq bank və Azərtürkbank. O cümlədən bank bağıansa özəl və ya dövlət fərq etmir, pulu Mərkəzi bankın sığorta fpndu qaytarır, 30 min azn-dən azdırsa. Pulunuz 30 mindən çoxdursa 2 yerə bölün iki ayrı banka qoyun. Həmçinin inflyasiya, devalvasiya filan çəkinirsizsə pulun yarısını dollar, yarısını manat ilə qoyun. Məncə bütün suallar cavablandı

Elvinn (2016-03-25 17:58:46)
Başa düşmədim. Özəl banka pul qoydum və pulumu götürmədən əvvəl bank fəaliyuətini dayandırdı. Belə olanda halda pulumu ala bilməycəm ? Birdəki Dövlət bankına pul qoymuşam və qoyduğum bankda fəaliyətini dayandırsa pulumu yenədə ala bilərəm yoxsa vermiyəcəklər ?

Maqa (2016-03-25 17:32:19)
başa düşmədim ölkənin öz valyutası xaricə çıxmadan ölkə ərazisində necə ölə bilər belə bir şey yoxdur pulunuzu xarici valyuta ilə qoysaz siz dediyiniz ola bilər banklar bizim valyutaya en azı 10 % dən başlayaraq faiz verir dollara isə 4 - 5 % verir

Elvinn (2016-03-25 11:57:51)
Mənim bu sualımda : http://cavablar.net/2016/03/13/pulun-guvənli-yerdə-saxlanilmasi/#.VvTu_7M0Uwg Miri92 bildirdi ki, “banka qoysan manatdırsa devalvasiya ilə öləcəy, dollara çevirmək də çətindir. banka depozit kimi qoyulan manat xeyir verməyəcək. əlavə olan %-lər sadəcə devalvasiya itkisini qarşılayacaq ən yaxşı halda.” Bu doğrudan belədir ?

Maqa (2016-03-25 10:49:46)
İlk öncə sizin proses depozit adlanır 2 cür olur müddətli və müddətsiz depozit müddətli depozitlərin müddətindən və ödənişindən asılı olaraq faiz dərəcləri də dəyişir qaldı ki dövlət banklarında faizlər özəl banklara görə aşağı olur ancaq sabahsı gün özəl bank fəaliyyətini dayandırsa bu zaman sizin pulunuzu almaq istəyiniz çətinləşəcək Şərtlərlə tanış olun hansı bank sizə sərf edirsə pulunuz orada depozitə qoyun Məsləhətim Kapital bankdır faiz dərəcləri normalıdr vergi də elə də çox deyil Uğurlar

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Aliexpress hansi bankamat karti ile alış-veriş olar?

Adsense nə qədər qazandırır.

AZN simvolunu haradan tapabilərəm?

Amerikadan `cart to cart`

Banka Əmanət yerləşdirmək

Qedimi qepik temizleme