videonu şikayət etmək

Salam,youtube-da videonu necə sildirmek olar? sikayet edirəm silinmir.Basga nə etmək olar?təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Software Developer (2016-03-25 19:20:42)
Çətin məsələdir. Ətraflı report edib şəxsiyyət vəsiqəsi, kadrda siz olan hissə və.s. kimi şeyləri toplayıb göndərmək lazımdır, bəlkə nəsə ola. Amma sadəcə ignore da edə bilərlər şikayəti. Videonun sahibindən istəmək daha yaxşıdır, nəinki youtube-dan

Rengler (2016-03-25 18:52:57)
kollektivle chekilen resmlerden video hazirlayib youtube-a qoyub,bele baxanda pis deyil,amma men oz resimimin orada olmasini istemirem.Dusunurem ki,bunu teleb etmeye haqqim chatir.

Software Developer (2016-03-25 18:41:34)
Salam. Sizin istəyinizlə video niyə silinməlidir ki? Yəni xeyir ola? Əgər video sizindirsə və buna dair sənədli sübutunuz varsa, dərhal sildirmək olur. Əgər konkret cinayət və ya ciddi qanun pozuntusu xarakterli videodursa, report edərkən müvafiq bəndi seçib fikirlə izah edib şikayət etmək lazımdlr ki moderatorlar baxsın. Yox əgər video sizin deyilsə və qanun pozuntusu da yoxdursa sadəcə hansısa səbəbə görə xoşagələn deyilsə, o halda tək siz yox başqaları da şikayət etməlidir, çox saylı şikayətlərdən sonra (konkret neçə şikayət, o videonun baxış, like sayından və.s. asılıdır) Google alqoritmi özü avtomatik silir onu.