Ferma tipli oyunlardan qazanc

Salam .Ferma tipli saytlar varki orada 100 rubl verirsən məsələn ağac alırsan .və həmən ağac sənə ayda məsələn 10 rubl pul gətirir .bu kimo saytıarda bir neçə dəfə pulum batıb .(məsələn carmoney.me saytında 50 wmzdan çox ) .mənə bu tipdə sayt lazımdır .ama etibarlı olsun .faizə verilmiş pul kimi məsələn .belə bir etibarlı sayt bilirsizsə desəniz yaxşı olar .minnətdaram :)

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

E. Hacı (2016-03-26 11:23:04)
Salam. Olmaz ki, normal biznes model üzərində düşünəsiniz? Belə fırıldaq, oyuncaq, anlamsız və.s. şeylərlə niyə uğraşırsınız ki? Yəni səmimi cavab lazımdır maraqlıdır, məqsəd nədir: Asan gəlir? Sadəcə gəlir? Əyləncə? Ya nə? Fikir verin, bu tipli saytlardan (mən hələ reklama baxıb pul qazanmağı demirəm, ona vaxt itirmək ümumiyyətlə rəzalətdir), piramida məntiqinə söykənən fırıldaqlardan 99% itirir, 1% qazanan da deyir ki vaxtilə qazanmışam(fikir verin, vaxtilə. Niyə, çünki sağlam məntiq ilə görürlər ki itirilən vaxta və pula dəymir. Mən bu tip saytlardan qazanan adam tanıyıram, bir ay 5$ qazanıb, nə bilim o biri ay 10$, sonra 7$ və.s. nəhayət boşlayıb gedib. Doğurdanmı bunu öncədən görmək olmur? İsrarla məsləhət görürəm, asan gəlir təklif edən, arxasında qumar, piramida və.s. şarlatanlıqların gizləndiyi sistemlərdən uzaq durmaq lazımdır, birmənalı şəkildə. Yəni piramida, ağac real biznesdə istifadə olunsa burada problem yoxdur, xaricdə də var az sayda hansısa məhsul istehsalçıları, ki ağacvari model ilə gedir. Amma bir də var ki predmet yalandır, heç nə deyil və ya şərti bir şeydir, piramida özü isə işləyir, pul qoy ayda pul götür - bu artıq dələduzluqdur, burada qazanan həmişə təşkil edən olur. 100 rubl verib online ağac alınca, real bir fidan alıb əkin, o ondan daha çox gəlir gətirər bir neçə ilə :)

Maqa (2016-03-26 10:53:58)
mən özüm ptc tipli saytlardan istifadə emişəm demək olar yarısından çoxundan ən etibarlı deyə bilərəm ojooo.com saytıdır oraya pul yükləyib işçi alıb və ya reklama pul yükləyib gəlir əldə etmək olar mən özüm şəxsən pul almışam oradan

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Android oyun

telefonun qızması

Oyunlarda LANa gire bilmirem

Nə üçün internetdəki çox yaddaşlı oyunlar gecikir?

GTA 4 Xeta

Lisenziyali oyunlar ve programlar.