Hp Notebook video kart və texniki servis problemi

Salam.Hp dv6 -3106er model notbukun videokarti yanib.Gəncədə usta deyir 120azn-ə dəyişərəm amma 2gün də işləyə bilər 2 ay da. 1.Videokart ən ucuz haradan gətizdirə bilərəm? 2.Bakida texniki servisi varmı? 3.Neçəyə başa gələr və ya düzəltdirməyə dəyərmi?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

aziz84 (2016-04-02 17:49:42)
Mən adı siqaret yandıranla (yajqalka) vido kartı 3-2 deqiqe qızdırram. Video kart tam qızır. Sonra 20 dəqiqə soyumağa buraxıram. Bu edə bilsəniz böyük ehtimalla kompyuter açılacaqdır. Məndə inanmırdım. 2 kompyuter bu üsulla işlək hala gəlib. Yəni işləmək şansı var! video bax

Bextiyar Azeroglu (2016-03-31 19:32:02)
o qızdırmaq adi mikro dalğadan da (yemək qızdırmaqçün aparat) istifadə edə bilərsiz youtube da görmüşəm bu üsülu) amma inanmağım gəlmirdi)

Ebayman (2016-03-31 19:24:44)
Tesekkurler.Rusiyadan alinib.Deyismek ucun xususi cihaz olur dediler.Ebaydan aliexden link atin xaish.Aziz84 nece ve ne ile qizdirmaq

aziz84 (2016-03-31 18:19:36)
Video kartı qızdırmaqla düzəltmək olur. (90% şans) Mən öz kompyuterimi və diger bir kompyuteri bu cür düzəltmişəm. 1 iı üç aydı işlədirən.

Bextiyar Azeroglu (2016-03-31 02:46:19)
Düzdü heç vaxt notebook sökməmişəm amma çox videolara baxmışam qarşıma heç vaxt hansısa cihazla işləyən usta çıxmayıb) Tək lazım olan dişi fiqurnu vintaçandır (atvyorkadır). Notebook içi onsuz yığcam olur camahat əlnən işləməkdə çətinlik çəkir qaldiki hansısa hicazı salasan ona) Şrupları açıb çıxarırsan yenisin yerinə otuzdurub şruplarını bağlıyırsan yəni yerinə yerləşdirmək elədə qəliz iş deyil. Sadəcə qiyməti qaldırmaqçün danışırlarda. Yarısı bəlkə də çoxu elədir bu ustaların. Siz ən yaxşısı aldığınız dükanın servisinə yaxınlaşın. "2gün də işləyə bilər 2 ay da" söbəti isə yəqin usta videokartada hansısa hissəni payatla dəyişəcək, yerinə qoyacaq deyə elə deyib. Təzə videokarta qoyursa niyə 2 gün işləsinki?)

Ebayman (2016-03-31 00:39:15)
Hp dv6 -3106er model aliexpressde ve ebayda cemi 2dene tapdim oda baha.mumkunse link atin.birde usta deyib ki vidokarti ora yerlesdirmeye cihaz olur o bizde yoxdu

Bextiyar Azeroglu (2016-03-30 18:53:46)
1) ebay, aliexpress-dən sifariş edə bilərsiz. Bakıda eşitdiyimə görə ən ucuz ---> http://bakinity.biz/ satır. 2) Bakıda yüzlərlə texniki servis var. HP nin servisi də var. 3) Siz notbukunuzun videokartasının modelini qeyd eləsəydiz baha yaxud ucuz olduğunu deyərdik.