Linux script kömək

Salamlar. Bu sual sırf Linuxoidlərə aiddir. Belə bir tələbat yaranıb: df-h komandasından çıxan nəticələrdə "Use%" göstəricilərinin dəyərini 70%-lə müqayisə edib, 70 və ondan böyük olanları partition ilə birlikdə ekrana vermək (çap etmək). Məsələn belə: /home - 70% awk -la, cut -la biraz yoxladım, istədiyimi əldə edə bilmədim. Əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

ahmed (2016-04-04 18:03:07)
Mən 70 əvəzinə 1 yazmışdım, ola bilər ona görə hamısını çap edir amma özüm yoxladım, siz sualda verdiyiniz kimi yalnız 70% və ondan yuxarı olanların 5 və 6 -cı sütunların çap edir. Düzgünü belə olmalıdır: df -h | awk ' $5 >= "70%" { print $5 "\t" $6 } '

Alibeyov (2016-04-04 12:03:48)
Ahmed, bu yalnız 5ci və 6cını çap edir. mənə fərqləndirmək də lazım idi və hansı 70% dən yuxarıdırsa onu tapmaq lazım idi. Özümüz tapdıq çözümü: [code]df -hP | awk -F"[ ]*|%" '(NR>1){if ($5 > 70)print $5 " " $7}'[/code]

ahmed (2016-04-01 11:35:29)
[code] df -h | awk ' $5 >= "1%" { print $5 "\t" $6 } '[/code]

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Linux-da proqram quraşdırılması

Linuxda dəyişiklik

Linux seçimi

Ubuntu 11.10-da neçə proqramı autostart-a əlavə eliyim?

VirtualBox ubuntu instal problemi

Windows XP-nin silinməsi