Real server

Salam dostlar Ebayda çoxlu serverlər var satışda hostgatorun hosting ayırdığı serverlərdən də var yəqinki indi bu serverləri aldıqdan sonra orada hosting necə ayrılır cpanel zad necə qurulur xahiş edirəm bu haqda ümumi məlumat verərdiniz öncədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Sualveren (2016-04-03 13:43:29)
Googlede master forum yazsan cixar siyahisi.

Şükür Hüseynov (2016-04-03 11:21:37)
Mən sadəcə öyrənmək istəyirəm bunları onda gərək kiçik bir server alıb yavaş-yavaş öyrənəm təşəkkürlər

Software Developer (2016-04-03 02:27:11)
Hostinq qurmaq üçün Linux server qurulur serverdə (eynən kompüterə Windows yazıldığı kimi). Daha sonra Linux-da paketlər qurulur, mail server, apache, php, whm, cpanel və.s. nə lazımdırsa. Ondan sonra artıq whm-də virtual həllər idarə olunur, saytlara yer ayırmaq səlahiyyət vermək və.s. Asan olan işlər deyil təbii ki bütün bunlar, amma öyrənilməsi zamanla mümkün şeylərdir. Real server çox az hallarda lazım olur belə. Şəxsi saytlar üçün sadəcə dedicated server almaq(kiralamaq) bəs edir. İnternetin sürəti, elektrik enerjisi və.s. hamısı düşür kiraverənin boynuna, server də tam sizin ixtiyarınızda olur. Fiziki server maşını alanda isə elektrik, internet və.s. kimi problemləri də siz həll etməli olacaqsız

Billy (2016-04-02 22:26:59)
bu burda başa salınmayaq qədər üzün geniş mövzunu əhatə edir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Server qurmaq

Cpanel yoxsa Directadmin?

Digitalocean və AZ domeni

Dedicated serverdə proqramlar

Apache Server Statusla Bağlı

WİFİ bağlıdır amma internetә girmәk olmur.