Yeni proqramlaşdırma dili

Salam dostlar. Uzun müddətdir ki, Azərbaycan dili əsaslı yeni proqramlaşdırma dili üzərində çalışıram(təxminən 3 ilə yaxın). Məqsəd proqramlaşdırmanı örgənmədə Azərbaycan dilinin köməyindən istifadə etməkdir. İlk test buraxılışını istifadəyə vermişik, növbəti buraxılışlarla bağlı işlər də pis getmir. Yaxın vaxtlarda kompilyatorla bağlı bəzi işləri yekunlaşdırıb standart kitabxananın yığılmasına başlanılacaq. Sualım odur ki, sizcə yeni dil yaratmağa dəyərmi? Düzdür ola bilsin bu sualı vermək artıq gecdi, bu qədər vaxt və əmək sərf elədikdən sonra, amma yenə də bilməy istiyirəm. Sizcə bu dil nə qədər qəbul olunar, istifadə olunar? Sizə yeni dildə proqram parçası təqdim edirəm: [code] funksiya f(){ capet("Men f funskiyasiyam.\y"); } tam x,y; capet("Salam dunya.\y"); capet("iki eded daxil edin.\y"); daxilet(x,y); capet("x = ", x, "y = ", y , "\y"); tam k; dovr (k 1 10) capet("k = ", k , "\y"); f(); [/code] Obyekt Yönümlü Proqramlaşdırma dəstəyi var.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

ahmed (2016-04-06 11:07:31)
Buna çox iş teleb olunur. Esrin.org resmi saytıdır, hele tam hazır olmasa da daha etraflı melumat elde ede bilersiniz.

Şükür Hüseynov (2016-04-05 19:44:39)
Salam Sizi təbrik edirəm yeni proqramlaşdırma dili yaratmaq böyük uğurdur :) Bəli dəyər məncə çünki dilin Azərbaycan dilində olmağı proqramlaşdırma öyrənməyə yeni başlayanlar üçün yaxşıdır yəni rahatdı ) amma orda çap et yerinə yaz() olsa daha yaxşı olardı məncə yəni yaxşı olar ki elə sözlər seçilsin ki içində ə, ç və s hərflər olmasın. Məsələn elə dövr yerinə period sözünü işlətmək olar. Uğurlar! :) Bir də sizdən bir şey soruşum yeni proqramlaşdırma dili yaratmaq üçün nələrdən istifadə etmisiniz?