Noutbuku yandıranda ekranı qara olur

salam noutbuku yandıranda ekranı qara olur asagıda kilid isaresinin isığı yanır nə edim kömək edin?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

hchasanov (2016-04-07 19:51:02)
Salam bunun 2 səbəbi ola bilər. İlk səbəbi batareyasının tamamilə ölməsi. Həlli üçün bunu edin. 1- Notebook-u adapterdən ayırın, adapteri də cərəyandan çıxarın. 2- Notebook-un batareyasını çıxarın (arxasında çəkilə bilən düyməsini çəkərək çıxarın) 3- Ardınca notebook-un batereyasız vəziyyətdə işəsalma düyməsini (power düyməsi) 15-20 saniyə buraxmadan sıxın. (statik elektrik boşalması üçün) 4- 20 dəqiqə notebook-u batareyasız vəziyyətdə saxlayın. 5- Daha sonra notebook-un batareyasını salmadan adapteri qoşub notebook-u işə salın. Əgər bu vəziyyətdə işə düştü və ekrana görüntü gəldisə notebook-u söndürün və adapteri notebook-dan ayırın. 6- Notebook-un batareyasını salın və adapter notebook-a yenidən qoşub batareyanın 20 dəqiqə enerji yığması üçün gözləyin. (Notebook sönmüş vəziyətdə) 7- Ardınca notebook-u işə salın, əgər normal açıldısa problem həll olundu deməkdir. P.S Notebook batareya taxılıykən açılmır amma batareyasız notebook-a adapter qoşduqda (5-ci maddə) işə düşürsə demək batareya ölüb və yenisini almaq lazımdır. P.P.S Əgər yuxarıda yazılanları etdiniz yenə ekran açılmadısa, gözləmə müddətini (4 və 6-cı maddə) 1 saat edin. Yena ekran açılmasa 2-ci səbəbin həllini yazım.