Kitabdakı melumatları sayta yazmaq

Salam kitabdakı yazıları ozum əl ilə yazıb saytda paylaşmaq istəyirəm hər hansısa qaydaya zidd deyilki bu?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2016-04-14 09:20:50)
Yox kitabın müəlliflik hüququna bağlı şeydir bu. Ola bilər icazə olmasın. Sitat hər bir halda olur, yəni müəyyən cümləni, parçanı yazıb mənbəni göstərmək. Amma kitab pulla satılandırsa, pulsuz paylanmırsa, deməli onun kommersiya hüququ kiməsə aiddir və deməli onu yükləməyə, sayta yerləşdirməyə icazə çox güman ki yoxdur. Siz müəlliflə(tərcümə edən şirkətlə) də əlaqə saxlayıb soruşa bilərsiz. Bəlkə də buna görə sizə nəsə edən olmayacaq, çünki bizdə intelektual mülkiyyətin qorunması hələ ki, çox da ciddi deyil. Amma ən azından düzgün deyil belə etmək.

Bextiyar Azeroglu (2016-04-13 23:16:39)
Köçürün amma sonda kitab haqqında və yazaını qeyd edin.

Sualveren (2016-04-12 19:04:49)
mən bütün kitabı köçürmək istəyirəm :)

Bextiyar Azeroglu (2016-04-12 18:56:08)
Yazınızdan sonra mənbəni ( kitabın adını, kimə məxsus olduğunu) bildirsəniz inanmıram problem yarana.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

sifariş qaydaları

Youtube Creative Commons Videolarından pul qazanmaq olurmu?

Elektron Ticarətdə alıcı kimliyi.

Blogger saytı haqqında