Wifi-a kənar şəxslər girməsin

Salam. Mənim wifi-ma kənar şəxslər girir. Nə qədər kodu dəyişsəmdə xeyri yoxdu. Bildiyimə görə 192.68.1.1 saytında wifi-a girənləri göstərən bölmə var. Mən bunu nə qədər axtarsamda tapa bilmədim. O bölməyə daxil olub wifi-a daxil olanlara qadağa qoymaq olarmı. Əgər bunu eləmək mümkündürsə, bunu necə edə bilərəm.?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

hchasanov (2016-04-20 23:19:16)
Salam. Wireless modeminizə qoşulan bütün cihazları (pc, notebook, mobil və istənilən b) Wireless Network Watcher proqramını kompüterinizə quraraq görə bilərsiz. Tanımadığınız hər hansı cihazın MAC addressini modemdə qara siyahıya (MAC Address Filter ) qeyd edə və həmin cihazın modeminizə qoşulmasına qadağa qoya bilərsiz. P.S Modem təhlükəsizliyi üçün modeminizdə WPA2-PSK tip identifikasiyasından (Authentication Type) istfadə etməniz məsləhətdir. Daha ətraflı burda https://youtu.be/AP9xWwkoRiE

Maqa (2016-04-20 19:23:34)
bəli məncədə yaşadığınız yerdə yerləşən rabitə qovşağına müraciət edin sizə bir nümayəndə göndərmələrini istəyin o gəlib modemi yenidən quracaq və bütün təhlükəsizlik sistemlərini quracaq

Emil Sahinoglu (2016-04-20 16:08:42)
Salam.En yaxsi variant modeminizi goturub ATS e gedin.Orda yeniden qurulus versinler ve birdefelik setinizi wifi sindiran programlardan gizletsinler.vessalam.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Wifi parolunu dəyişmək

Wireless Settings region seçimi

Satellite C660 Wireless Driver problemi

Bakıinternetin modemi başqa hansı provayderlerde işleyir?

Wifi dən çıxır

ADSL yalnız bir otaqda işləyir