Məsələ Turbo Paskalda

Hər kəsə salamlar. Xahiş edirəm bilənlər kömək eləsin!!! Turbo Paskala aid 2 məsələ var. 1.Polindromik sabitin əvvəldən və sondan eyni oxunduğu məlum olduğu halda, x ədədinin polindromik ədəd olub-olmadığını təyin edən proqram. 2. m - ə böldükdə qalıqda h olan ədədin tapilmasi ücün proqram.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

ahmed (2016-04-26 08:14:47)
m -ə bölündükdə qalıada h olanı tapmaq tələb olunursa başlanğıc məlumat olaraq m və h daxil olunmalıdır, h-ı proqram hesablamalı deyil. Məncə cavab aşağıdakı kimi olmalıdır: eger (m <= h) onda capet ( m - ə bölünəndə qalıqda h olan ədəd mövcud deyil) eks halda capet m*k+h // k istənilən tam ədəddir 1,2,3, ...

search (2016-04-25 22:25:00)
çox sağolun təşəkkür edirəm

Şükür Hüseynov (2016-04-25 20:49:45)
Salam Polindromik ədəd bildiyimə görə hər iki tərəfdən eyni olan ədəddir. Məsələn 101 kimi. Belə ədədlərin tapılması üçün proqram aşağıdakı şəkildə ola bilər: [code] Program Cavablar_Net; var eded,eded2,tersi:integer; qaliq:integer; i: integer; begin tersi:=0; writeln('Ededi daxil edin:'); readln(eded); eded2:=eded; while(eded&gt;0) do begin qaliq:=eded mod 10; eded:=eded div 10; tersi:=tersi*10+qaliq; end; if(eded2=tersi) then begin writeln('Daxil olunan eded polindromik ededdir.'); end else begin writeln('Daxil olunan eded polindromik eded deyil.'); end; readln; end. [/code] 2-ci proqram isə çox sadədir. Sadəcə mod instruksiyasından istifadə etməklə qalığı tapmaq lazımdır. Kod aşağıdakı şəkildə olur: [code] Program Cavablar_Net; var bolunen,m,h:integer; begin writeln('Boluneni daxil edin:'); readln(bolunen); writeln('M-i daxil edin:'); readln(m); h:=bolunen mod m; writeln('Bolunmeden alinan qaliq:', h); readln; end. [/code]

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

tənlik qurmaqda və həll etməkdə kömək

Turbo pascal üçün link