Application Development

Zəhmət olmasa bilən birisi mənə bu barədə məlumat verə bilər? oxuduğum kitab və mənbələrə əsasən bəzi suallar yaranıb məndə. Məsələn baxdığım bir videoda applikasya hazırlayarkən sadəcə görünüş hissəsin hazırladılar və məlumatları falan json vasitəsi ilə serverdəki hansısa fayldan çəkirlər.Bu həmişə belədi? Ümumiyyətlə applikasya developmenti hansı məntiqə əsaslanır? məsələn veb proqramlaşdırmada bir məlumat bazası olur, back end dillərlə informasiya emal olunur və front end hissədə istifadəçiyə lazım olan məlumat ötürülür. Applikasyadada bu məntiqdi? yəni özünün ayrıca məlumat bazası falan olur? yoxsa bizim işlətdiyimiz applikasyalar sadəcə Front end hissədən ibarətdi və sadəcə serverlə əlaqələndirilib?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Software Developer (2016-04-27 10:03:20)
Əgər serverdən məlumat gərəkli olan tip proqramdırsa, əlbəttə ki, serverə bağlı olur əsasən, proqram tərəfdə sadəcə cache məlumatları olur. İnternet üzərindən işləyən bir çox app-lar üçün keçərlidir bu. Buna API məntiqi deyirlər, yəni siz deyən JSON ilə çəkmək forması. O proqramlar ki, internet üzərindən işləməsi gərəkli deyil və yaxud internet ilə yanaşı real offline database-ə ehtiyacı var, onlar üçün proqram səviyyəsində database imkanı var, bəli. SQLLite adlanır bu. Həm brauzerlər üçün proqram yazanda, həm də mobil platformalar üçün app yazanda SQLLite köməyə gəlir. http://developer.android.com/training/basics/data-storage/databases.html

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Play Storey-ə App Pullu Qoymaq

10% enerji ilə telefonu istifadə etmək üçün proqram

Reklam CPC , CTR , RPM dəyəri

Application ların bazara çıxarılması.

Vkontakte.ru sosial şəbəkəsində app yaratmaq

Play Store-dan pul çıxarmaq.