Necə öz saytımı məşhur edə bilərəm?

salam sayt açmışam texnologiya xəbərləri paylaşıram və çox yaxşı saytdı indi mən bunu reklam elemek istiyirəm ki girənlərin sayı çox olsun bunu necə edə bilərəm hara reklam verim kömək edin

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

I-tech (2016-05-03 21:43:11)
Domain almasamda girən olur sadəcə necə tanıdacağını bilməlisən onu bilmirəm biraz pulum olsa saytın reklamını hazırlıya bilərdim pul olmadığı üçün sizdən soruşuram pulsuz necə olur

Bextiyar Azeroglu (2016-05-02 23:58:27)
Ən gözəl pulsuz reklam kimi Facebook səhifəni deyərdim məndə. 1ci rəydə də qeyd ediblər. Səhifənizin userləri xəbərlərin davamın oxunması üçün keçid link vasitəsilə saytınıza keçid etsin. ---------- Bir də domeniniz dəyişsə yadda qalan bir şey olsa daha gözəl olardı. .com .az .net .org kimi bir domen ala bilərsiz məsələn.

icco (2016-05-02 23:17:24)
Əvvəlcə domain alın :)

I-tech (2016-05-02 22:03:49)
Sayt budu texnoxeber.esy.es dediyinizin hamsını eləmişəm prosta nə qədər insan girib hansı xəbərləri çox oxuyublar onu bilmirəm bidə reklamı hardan alım pulsuz

Web Saytlar Yaradılması (2016-05-02 01:27:17)
Əslində texnologiya xəbərləri haqqında çox yaxşı sayt açan birindən belə sual eşitmək qəribədir. Yol göstərilməsini istəyirsinizsə: 1. SMM (Sosial şəbəkələrdə saytın səhifələrini paylaşın, tanışlarınızın paylaşmasını istəyin, altında geniş müzakirələr yaratmağa çalışın) Beləcə tanışlarınız və tanışlarınızın tanışları saytdakı yeniliklərdən xəbər tutar. 2. Əgər sayta bu gün və çox sayda izləyicinin girməsini istəyirsinizsə - Google AdWords reklamları ilə Google axtarışlarında uyğun axtarışa görə nəticələrdə reklam kimi yuxarıda görsənəcək. 3. SEO - sizə uyğun olan və ən çətini budur. Axtarış sistemlərində 1-ci sıralarda tapılmaqla məhz həmin informasiyanı axtaranların sayta gətirilməsindən yaxşı heç nə yoxdur. Əgər bacarırsınızsa bu tamamilə ödənişsizdir. Bacarmırsınızsa bir az oxuyun: http://www.web.com.az/bloq/search-engine-optimization/ Nəticə çox gec gələcək, ancaq uzun zaman itməyəcək.