müəllimin komputerlə əvəz olunması!

müəllimin komputerlə evez olunmasının insanlara hansı müsbət və mənfi təsirləri ola bilər? cavablara görə öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

E. Hacı (2016-05-03 13:16:59)
Bu qədim sualdır əslində, EHM-in inkişafı nəticəsində insanlarda yaranan narahatlıqla bağlı 1950-60-cı illərdə yaranıb. Sonralar göründü ki əslində hər şey göründüyü qədər sadə deyil və maşının müəllimi əvəz etməsinə hələ çox var. Budur üstündən 50-60 il keçib, amma hələ buna yaxınlaşma belə olmayıb, bəlkə də daha 50-60 il sonra nəsə demək mümkün olacaq. İndi gəlinən nəticə isə budur: maşın tədris prosesində insan-müəllimə yardımçı vasitə ola bilər və olur. Amma onu tam əvəz etməsi hələ ki müzakirə mövzusu deyil. Tam əvəz etməsi üçün maşın ilk növbədə təbii intellektə malik olmalıdır, ki bu hazırda mümkün deyil.

Şükür Hüseynov (2016-05-03 09:06:19)
Sual biraz qəribədir :) Sırf nəzəri şeylər üçün komputer daha yaxşıdır məsələn mən hər-hansısa bir müəllimin izah etməyi əvəzinə özüm internetdən tapmağı seçərəm

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Texnologiya sayti

Kitaba ehtiyacımız var.

Müəllim olmaq

IELTS təhsili almaq

Ali məktəbdə ingilis dili müəllimi kimi işləmək

c# və ya java üçün fərdi müəllim-kurs tövsiyyəsi