Səhv card to card

Salam. Deməli mən VTB terminalından VTB kartımdan Kapital kartıma card to card vasitəsilə pul transfer etmişəm. Ancaq pul kapital kartıma gəlməyib. Kapital bankdan mənə deyildiki card to card xidməti ancaq kapital - kapital arasında mümkün olur.VTB bankdan isə dedilərki pul kartdan çıxıb kapital banka yaxınlaşın.Problemi necə həll edə bilərəm?Zəhmət olmasa kömək edin.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Billy (2016-05-09 18:36:43)
http://www.vtb.az/ kartınızı aldığınız bankın saytına girib solda "online konsultasiyaya" girib ətraflı canlı məlumat ala bilərsiz. həll yolunun çox bank pullu çox bank pulsuz edir. sizin bankin pulsuz edib etmədiyini bilmirəm təsüfki.

aytan193 (2016-05-09 17:22:28)
Qrupların adın qeyd edə bilərsiniz zəhmət olmasa.

Bextiyar Azeroglu (2016-05-09 00:57:10)
Xanım bu sualınızı huquqsünaslara da verin. Belə desək ortada "pul fırlatmaq" var. 2bankdan biri fırıldaqlıq edir. Hüquqşünaslarla məsləhət edin görün onların sahəsində belə məsələlər necə həll olur. FB da 2-3 güclü hüquqşunas qrupları var.

aytan193 (2016-05-07 21:34:55)
Kapital bank dedi bizlik deyil card to card xidməti ancaq kapital-kapital arasi mumkundur. “Ödənişlərə əsassız etiraza dair xidmət” -nə necə müraciət edə bilərəm. Həll yolu pulsuz mümkün deyilmi?

Billy (2016-05-07 16:35:49)
qəbzi götürün kapital bankin baş ofisinə müraciət edin və vəziyyəti başa salin. əgər olmasa bildiyim qədəriylə "Ödənişlərə əsassız etiraza dair xidmət" seçənəyi visa və mastercartlarda olur. 10-15 azndir. bankiniza müraciət edin vəsait böyükdüsə etiraz edib geri qaytara bilərsiz.