Yandex, Qiwi, Webmoney

Salam, Əvvəl Webmoneydən pul çəkirdim indi 1 ay işləməyəcək deyir BankStandard indi arada qalmışam. Qiwi Yoxsa Yandex Money hansından pul çəkmək asandır? ikisinədə mail atmışam Bank Hesabına çəkmək yoxdur deyəsən ikisindədə ama yandex de Contact ve Western Union var onlarla çəkməyi yoxlamaq istəyirəm ama pulu çəkmək üçün hesabı doğrulamalyam yoxsa necə bilmirəm. Bilıən varsa kömək etsin təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

Billy (2016-05-11 22:34:57)
Xeyr advcashda heç bir passport və idendifikatsiyaya ehtiyac yoxdu. ancaq webmoneydən hesaba pul əlavə etmək üçün webmoney hesabınız təstiqli və idendifikatsiyalı olmalıdı.

Sualveren (2016-05-10 23:50:12)
Təşəkkürlər Billy. Mən indi görüm Webmoneydeki pulumu ata bilsəm yandexə pramoy bir dənə kart sifariş edecem ) advcashda qeyd oldum, orda pasportu zadı təsdiq eləmək lazımdır? yoxsa lazım deyil

Billy (2016-05-10 23:44:54)
Dəxli yoxdu. ama yenədə webmoneydə pulu yandexə köçürtmək üçün alternatif advcash.com saytını istifadə eliyə bilərsən. webmoney deposit komissiya 3% və +1 usd di. pulu yandexə atmaq isə pulsuz və komissiyasızdı. yandex kartiyla bizim ölkədəki atmdən çıxartmaq mümkündü. bu yaxınlarda çıxardığım məbləğin şəkli baxa bilərsən: http://i.imgur.com/biLuXlM.jpg identifikatsiyasız ancaq rusiyada alışveriş etmək və çıxartmaq olur ama saytda ortançıl inentifikatsiyanı özün online edə bilərsən pulsuz və heç bir məbləğ ödəmədən.

Sualveren (2016-05-09 23:10:18)
Billy, Təkcə Rusiya vətəndaşları webmoneyden yandexe pul köçürə bilir deyəsən orda yazılıb. İdentifikasiyasız kart ala bilərəm ? o karta pul çəkmək üçün İdentifikasiya lazımdır? bəs bizim ATMlerden problemsiz pul çəkmək olur?

Billy (2016-05-09 18:33:09)
Salam əgər pulu pramoy webmoneydən yandexə köçürdəcəksənsə 4.5% komissiya tutur. bu linkdən baxa bilərsən. https://money.yandex.ru/exchange/wm/about.xml https://money.yandex.ru/exchange/wm/faq.xml yandex karti 300 rubl olmalidi. 5-6 manat edir. 1-2 həftəyə gəlir.

Sualveren (2016-05-09 10:43:38)
aziz Bank hesabına çəkmək 11 dollar + 1% dir. ama Bankada zəng elədim Kart Hesabına çəkmək olur, deyir Card To Card (Rusyadan gəlir deyə adı Card To Card olur)işləmir. indi mən necə edim ? (( Nə paypal işləyir bu ölkədə nədəki webmoney day ne ede bilerik ehh

Sualveren (2016-05-09 10:40:38)
təşəkkürlər, Mən o mağaza ilə maraqlandım ama dediler ki 1 wmz 1.35 AZN olaraq cixara bilersiniz oda serf elemir. Webmoneydeki pulu necə yandexə köçürüm hərə bir faiz alır mənə gəlib heçnə çatmır elə. BankStandardda işləmir. Billy, Yandex kartı almaq nə qədər edir? göndərirlər poçt ilə bura?

aziz84 (2016-05-08 15:01:54)
Bank hesabına köçürmək olur. Yəni çeklə yox birbaşa bank hesabı.

Alven (2016-05-07 16:24:00)
Xeyir çıxarmamışam. Mən də Bank Standard-dan çıxarıram. Məlumat almaq istəsəz zəng edin mağazaya. 012/050-498-05-35

Billy (2016-05-07 16:23:55)
yandexin baki ofisində tam İdentifikasiya 10 azn idi indi bilmirəm artib ya yox. western unionla çıxartmaq üçün tam İdentifikasiya olmalıdı hesabin. məncə yandex istifadə elə. özümdə yandexin karti var və tam təstiqlidi. komissiya təkcə 100 rubldu yandexin kartiyla çıxartdanda bankamatdan.

Sualveren (2016-05-07 00:28:53)
təşəkkürlər bəs faiz nəqədərdi sayta baxdım deyəsən 3 dür deyəsən siz çıxarbsınız?

Alven (2016-05-06 21:55:40)
Yandex-in Bakıda ofisi var, məncə Yandex daha asan olar. İdentifikasiya almaq üçün bura daxil olun qeyd olunan nömrələrdən birinə zəng edin məlumat alın. Həftənin 1-5 günləri işləyirlər. Başqa üsul isə USEL mağazasına yaxınlaşın. Orda həm Webmoney-dən həm də Yandex-dən pul çıxarışı edirlər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WebMoney kartları satış yerləri.

Paypaldaki pulu Webmoney hesaba göndərmək

Webmoney nagdlaşdırma

Webmoneylə nə etmək olar?

Ripple Stellar Cardano

Mən kartdan pulu webmoney ə necə köçürə bilərəm?