Noutbuk adapterindən xırıltılı səslər gəlir.

Salam. Yenicə adapter aldım. İki-üç gün sonra adapterin qutu hissəsindən yüksəsk səslə xırıltılar gəlir. Noutbuka qulaqlıq taxanda bu xırıltı qulaqlıqdan da gəlməyə başlayır. Normal nəyəsə qulaq asa bilmirəm. Hətta bu xırıltı noutbuka taxılan mausa da təsir edir, o da normal işləmirş. Adapteri çıxaranda problem həll olur, taxıram yenə problem davam edir. İnternetdə araşdırma apardım, deyilənə görə, adapter qutusundan noutbuka gələn kabeldə problem var ona görədir. Adapter almaq üçün baha olmayan (25 manat civarı) mağaza məsləhət görün, zəhmət olmasa.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Bextiyar Azeroglu (2016-05-09 00:48:20)
Original olmayan adaptrda istənilən an eyni problem yarana bilər. Heç kim zəmanət verə bilməzki sabah alacağınız adaptrda yenə bu problem yaranmayacaq. Çalışın baha da olsa original alın 1dəfəlik olsun.