Samsung S4 mini kontakt.

Salam aleykum. Mənim telefonumun modeli Samsung S4 minidi. Deməli problem odur ki, mən telefonun yaddaşına nömrə yazmaq istədikdə nömrə hardasa 5-10 dəqiqəyə yaddaşa yazılır özüdə eyni nömrədən yaddaşa 3-4 ədəd yazılır. Bu hal zəng tarixçəsindədə baş verir. Mən kiməsə zəng edəndə və yaxud kimsə mənə zəng edəndə nömrə zəng tarixçəsinə həmin anda qeyd olunmur. 10-15 dəqiqədən bəlkədə daha da artıq bir vaxtdan sonra nömrə düşür zəng tarixçəsinə. Telefonu dəfələrlə format etməyimə baxmayaraq bu hal təkrarlanır. Nömrələri silib yenidən qeyd etmişəm xeyri yoxdu. Kiminsə bu məsələnin həll edilməsində məlumatı varsa köməklik etsə sevinərəm. Təşəkkür edirəm hər birinizə.

Verilmiş cavablar və yazılan şərhlər (0 cavab var)