Xaricdə iş tapmaq

Salam Hər vaxtınız xeyir olsun Bilmək istərdim ki Xaricdə iş tapıb işləmək asandırmı?Canada yaxud Amerika Birləşmiş ştatlarında Viza alıb orda olan zaman İş lə təmin olunmaq mümkündür? İngilizcə var yaxşı vəziyyətdədir.Turist vizası alıb ilk olaraq getmək məsləhət görürsünüz yoxsa işçi vizası almaq Xaricdə iş tapib Çalışmaq üçün Bu barədə ətraflı köməklik göstərərdiniz Əvvəlcədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Parvin5500 (2016-08-06 14:34:41)
Work and Travel ilə Gedən zaman 3000 4000 dollar Şəxsi Bank Hesabinda olmalıdır , yoxsa Work and Travel sənədləşdirən heyət üçün dəyər haqqıdır? Birdəki Resmiləşdirmə(sənədləşdirmə) Əgər Work and Travel tərəfindən başa çatdıqdan sonra ,hazır olan zaman,bütün sənədlər tam hazır olduqdan sonra, Büttün yol xərcləri bilet ödənişi,orda qalmaq ,Heyət tərəfindən qarşılanır yoxsa Özümüz cavabdeh (məsuliyyət) oluruq?

Breathtaking (2016-05-16 09:01:37)
Amerika üçün burada aldığınız ali təhsilin heç bir önəmi yoxdur. Amerikaya işləməyə getməyin ən asan yolu Work and travel ilə gedib sonra orada qalmaqdır. Bunun üçün isə sizə hardasa 3000-4000 arası pul lazımdır.

Kenan Namazli (2016-05-14 19:12:24)
Ali təhsiliniz varsa iş tapmaq asandır. Orta təhsiliniz var və bir sənəri yaxşı bilirsizsə iş tapmaq asandır. Ama ora gedib çıxmaq ən çətinidir. Çalışın burdan işə götürən vasitəsiylə gedin

Miri92 (2016-05-14 18:32:30)
amerikaya yaşıl kartla işləməyə gedə bilərsiz. adi fəhlə kimi iş tapmaq asandır.