Başqa saytlardanyazıları avtomatik öz saytına köçürmək

Salamlar. Wordpress-də sayt yaratmaq istəyirəm, İngilis dilində olacaq. Hər dəfə ora nəsə atmaq bir az vaxt aparan işdi. Elə bir plaqin var ki müəyyən saytları əlavə edim yeni yazıları avtomati mənim də saytıma klonlasın? Uzun sözün qısası - əsl tənbəl malı olsun )))

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

adgozelov.fuad@gmail.ru (2016-05-20 19:06:30)
Siz əger basqa saytlardan məlumat oğurlasaz size SEO tərəfindən Google Sandbox cəzasi veriləcək bu cəza ise bununla nəticələnə bilər: 1. Saytın anidən axtarış sistemlərinde itməsi 2. Saytin adi Googledə axtarisinda hec bir şəkildə çıxmaması 3.Saytin indexlərində kritik düşüşlər / artışlar Ama ele bir plaqin yoxdur.

Vüqar İsmayılzadə (2016-05-20 02:34:09)
Hamini cox sag olun cavablara gore. Meqsed ogurluq etmek idi :D amma baxiram ki ele hamisin gerek ozum eliyim, bir bir meqaleleri goturub ucun-qulagin deyisib atim sayta..

Emin Mastizada (2016-05-19 22:55:31)
Bunu avtomatik edən bir şey yoxdur. Bunun üçün hər hansı bir dildə scrapper yazılmalıdır və cron ilə hər gün (və ya müəyyən vaxtdan bir) işlədilməlidir. Amma yazılar dəyişdirilmədən digər saytlarda olduğu kimi olsa və ya az dəyişdirilsə google axtarış-da çox aşağı bal alacaq və axtarışlarda nadirən çıxacaq.

Emin Mastizada (2016-05-19 22:53:44)
Google üçün sayılır. Məqalə heç dəyişdirilmədən eyni olduğu kimi verilirsə Google-da bu oğurluq kimi dəyərləndirilir və sayt buna görə cəzalandırılır (google axtarışda çox aşağılara atılır, bəzən adsense işlətməsinə qadağa qoyulur və s.).

Rengler (2016-05-18 19:36:36)
eger hemin saytlar meqaleleri goturmeye icaze verse ve menbe de qeyd olunsa o zaman ogurlug sayilmaz.

selef (2016-05-18 18:52:57)
Baltanı dibindən vurdun

Kenan Namazli (2016-05-18 15:40:54)
məqsəd nədirki? Adsense ilə pul qazanmaq isə google oğurluq yazılara pul ödəmir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

goldenpay wordpress pulgini var?

WordPress’de aliş-veriş ayti açmaq istəyirəm

Hazır sayt skripti

CSS səhifəni tam ortaya qoymaq.

saytda video bölmə yaratmaq.

wordpress-də səhifələmə problemi