domaindən spam gedir

Hardasa 1 aya yaxındır ki, domain spam göndərir servere. sayt wordpress üzərində qurulub. Problem nədə ola bilər? Bir də wordpress'də email function'ı tam necə söndürmək olar? Təqribi 7-8 aya yaxındır ki, həmin sayta heç bir yenilənmələr olmayıb. Yəni nə pluginlər, nə də wordpress yenilənməyib. Spam göndərilməsi bununla əlaqəli ola bilər?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Emin Mastizada (2016-05-19 22:51:28)
Əgər xüsusi bir qoşma işlətmirsizsə wordpress php mail funksiyasını işlədir. Onu söndürmək üçün php.ini faylına [code]disabled_functions = mail[/code] əlavə edin və apache və ya nginx server-i restart edin.