Azərbaycan dilindəki sayt üçün reklam verən firmalar

Salam. Google Adsense azərbaycan dilindəki saytları dəstəkləmədiyi üçün ondan yararlana bilmirəm. Azərbaycan dilindəki sayt üçün ən yaxşı alternativləri hansılardır? (Konkret gəlir götürdüyünüz yerlər)

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

proqramci (2016-05-20 17:02:47)
Təşəkkürlər cavabınız üçün. İl olub 2016 və reklam bannerləri kimi istifadəçinin xoşuna gəlməyən vasitələrlə qazanc götürmək mənim də xoşuma gəlmir, əslində saytı yaradarkən ağlımda pullu xidmət təqdim etmək var idi, lakin sonradan gördüm ki bunun üçün saytın bir xeyli tanınmasına ehtiyac var və bu da xərc qoymaq deməkdir, çünkü hit çox çox yüksək olmalıdır ki dediyim xidmətdən istifadə edən olsun. Mən xərc qoya bilmirəm və bir müddət reklamdan xeyir gözləməliyəm.

E. Hacı (2016-05-20 16:44:11)
Salam. Qısaca deyəcəm: Yerli sayt üçün normal bir model yoxdur reklam gəlirləri üçün. Əsas gəlir bannerlərdən idi, indi krizisiə görə böyük trafikli saytlar belə yetərli banner reklamı alammır, qalmışdı ki kiçiklər. Adsense məlum məsələdir. Adsense-ə alternativ olanları isə boş verin, vaxt itirməyin. Alternativ kimi fərqli biznes modellər üzərində düşünməyi tövsiyyə edərdim (pullu xidmətlər, məhsul satışı, saytın hansısa hissəsinə girişi pullu etmək, ödəniş edən userlərə hanısa özəl imkan və material təqdim olunması və.s. modellər)

proqramci (2016-05-20 16:05:08)
Çox təşəkkür edirəm @vusal729. Qeydiyyatdan keçdim.

vusal729 (2016-05-20 13:31:43)
salam. Azərbaycan hitinə ən yuxarı məbləği verən bir firma olaraq Revenuehits tövsiyyə edirəm. Günkük 2-3k hitli saytım 5-6$ gəlir gətirir. Ödəniş hər ayın sonu edilir. Refli Qeydiyyat linki Refsiz link

Rengler (2016-05-19 21:22:02)
Salam,saytda benzer suallar coxdur: http://cavablar.net/2015/08/17/adsense-den-basqa-reklam-sisteml%c9%99ri/#.Vz31512t-o8

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Google adsense çeki ləğv edib bankla almaq

Google Adsense

Google adsense Çekləri

google adsense-də qazanmağın yolları

Adsense den başqa reklam sistemləri

Google Adsense Qazancı göstərmə dəyişdi